BolgeXeber.Com » BÖLGƏ TV » Bu prezidentin “YouTube”da 100 min izləyicisi var - VİDEO

Bu prezidentin “YouTube”da 100 min izləyicisi var - VİDEO

2-03-2017, 19:09
Oxunub: 5 208 Bu prezidentin “YouTube”da 100 min izləyicisi var - VİDEOİndoneziya prezidenti Coko Vidodo sosial şəbəkələrin fəal istifadəçisidir

İKT.lent.az-ın "Mashable” nəşrinə istinadən məlumatına görə, bu günlərdə "YouTube”da onun səhifəsini bəyənənlərin sayı 100 min nəfəri keçib.

C.Vidodo 2015-ci ildə özünə "YouTube” kanalı yaradıb və o zamandan bəri fəaldır. Orada özünün rəsmi və qeyri-rəsmi görüşlərini dərc edir, boş vaxtında gördüyü işlər və necə qidalandığı barədə də danışır. Bu günlərdə o, "YouTube Play Button” mükafatını alıb. Bu mükafat kanalının izləyici sayı 100 min nəfəri keçən insanlara verilir.

Bundan başqa, Coko Vidodo "Instagram”da da səhifəyə sahibdir ki, onu burada 3 milyon insan oxuyur və izləyir. Müqayisə üçün bildirək ki, Kanadanın baş naziri Castin Tryudonun akkauntunu isə 969 min izləyici izləyir.