BolgeXeber.Com » BÖLGƏ TV » Hüquq eksperti İsmayıl Zalovun Bölgə TV-ə xüsusi müsahibəsi

Hüquq eksperti İsmayıl Zalovun Bölgə TV-ə xüsusi müsahibəsi

11-03-2017, 16:09
Hüquq eksperti İsmayıl Zalovun Bölgə TV-ə xüsusi müsahibəsiİctimai münasibətlərin tənzimlənməsi, ümumməcburi davranış qaydalarının yerinə yetirilməsi, bir sözlə istənilən ölkədə xaosun yaranmaması üçün hüquq ən vacib faktorların bəlkə də birincisidir

Hər bir ölkənin özünəməxsus qanunları vətəndaşların təhlükəsizliyini tam təmin edir. Öz hüquqlarımızı bilməmək isə əksər hallarda bizim problemlərlə üzləşməyimizə səbəb olur. Məhz bu anlarda təcrübəli hüquqşünaslar tərəfindən yaradılan hüquq mərkəzləri insanların köməyinə gəlir.
Ölkəmizdə yeni fəaliyyətə başlayan Femida H.T hüquq mərkəzi atdığı hər addımda bir az daha inkişaf edir. Mərkəzdə çalışan hüquqşünaslar təcrübə, vicdan və digər lazımı keyfiyyətləri özlərində birləşdirərək vətəndaşlara hüququ proseslerin gedişində yardımçı olurlar.
Femida H.T hüquq mərkəzinin idarə heyətinin sədri, hüquq-eksperti İsmayıl Zalov mərkəzin əsas prinsipləri və bu yaxınlarda keçirilən tədbirlər haqda məlumat verib.
İsmayıl Zalov Azərbaycanda nigah pozuntuları ilə məhkəmələrin səriştəli hakimlər tərəfindən aparıldığını və onların obyektivliyini təqdir etdiyini bildirib.
Bolgexeber.com