BolgeXeber.Com » BÖLGƏ TV » Ronaldonu reklama çəkən türkiyəli Ümmiyə xala - VİDEO

Ronaldonu reklama çəkən türkiyəli Ümmiyə xala - VİDEO

16-03-2017, 15:13
Oxunub: 11 247  Ronaldonu reklama çəkən türkiyəli Ümmiyə xala - VİDEO“Türk Telekom” şirkətinin “Sən yetər ki, xəyal et” adlı reklam filmində dünya şöhrətli futbolçu Kristiano Ronaldo və Mersin şəhərinin Arslanköy kəndində qurduğu teatrla məşhurlaşam Ümmiyə Koçak oynayıb

Missiya.Az xəbər verir ki, daha öncə yazdığı və rejissorluğunu etdiyi “Yün bebek” filmiylə “Nyu-York Avrasiya Film Festivalı”nda mükafata layiq görülən Ü. Koçak reklamı özü çəkib.

Dənizli, Rizə, Antalya, Qaziantep, İstanbul və Çanaqqala olmaqla 6 vilayətdə, 23 gün ərzində çəkilən reklamda təxminən 100 nəfərlik heyət iş görüb.

Ronaldo reklam filmində həyatda yaşadığı çətinliklərə baxmayaraq, xəyallarının arxasınca qaçmaqdan yorulmadığını bəhs edib.