BolgeXeber.Com » BÖLGƏ TV » İki il keçdi... - Video

İki il keçdi... - Video

7-11-2012, 12:30
Oxunub: 5 143 Bu gün Mübariz İbrahimov və Fərid Əhmədovun II Fəxri Xiyabanda dəfn olunmasından 2 il ötür

Bolgexeber.com-un məlumatına görə, 2010-cu ilin noyabrın 6-da Ermənistan Azərbaycan tərəfinə hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıb. Bir gün sonra isə xalq öz qəhrəmanlarını dəfn etmək üçün bir araya toplaşaraq Fəxri Xiyabana yığışmışdı.”Şəhidlər ölməz, VƏTƏN bölünməz” şüarları altında Azərbaycan ordusunun zabitləri torpağa tapşırılıb.

Xatırladaq ki, Milli qəhrəman Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən döyüşdə qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-ü yaralayaraq şəhid olub. Fərid Əhmədov isə 2010-cu il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olub.