BolgeXeber.Com » BÖLGƏ TV » Balina qadını xilas etdi – VİDEO

Balina qadını xilas etdi – VİDEO

9-01-2018, 14:37
Oxunub: 7 104 Balina qadını xilas etdi – VİDEOQozbel balina tədqiqatçı-qadının akulanın yeminə çevrilməsinə imkan verməyib

Bolgexeber.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Hadisənin görüntüsü “YouTube” portalına yerləşdirilib.

İnsident Kuka adasının Sakit okean sularında baş verib. Bioloq Nen Hauzer balinanın yanın üzüb və üç metr uzunluqda olan köpəkbalığının ona yaxınlaşdığını hiss etməyib. Balina köpəkbalığını gördükdən sonra üzgəcləri ilə qadını qorumağa başlayıb. Hətta bir anda dəniz məməlisi 63 yaşlı Hauzeri belində suyun səthinə belə qaldırıb. Tədqiqatçı qadının sözlərinə görə, yaxında üzən başqa bir balina da köpəkbalığını ərazidən uzaqlaşdırmağa çalışıb.

Bioloq hesab edir ki, baş verən hadisə balinalarda digər canlıları qorumaq instinktinin olduğunu isbat edir.