BolgeXeber.Com » BÖLGƏ TV » Xırdalan bazarında süni qiymət artımı gözə dəymədi-VIDEO

Xırdalan bazarında süni qiymət artımı gözə dəymədi-VIDEO

1-02-2018, 09:34
Oxunub: 14 120 Xırdalan bazarında süni qiymət artımı gözə dəymədi-VIDEOBakıdakı bazarlara nisbətən Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən “Xırdalan kəndli bazarı”nda vəziyyət son dərəcə ürəkaçandır

Bolgexeber.com bildirir ki,kənd təsərrüfatının inkişaf etməsi bu bazardakı canlanmadan açıq-aydın bəlli olur. Bazardan hazırladığımız reportajdan görünür ki, buranın sakinləri bazardakı qiymətlərdən şikayətlənmirlər. Əksinə, aldıqları məvacib, pensiya ilə bu bazardan normal şəkildə alış-veriş etməyə qadirdirlər.

Özünü qubalı kimi təqdim edən Nadir dayı bugünkü bazar qiymətləri ilə bağlı bunları söylədi:
-10 dəstə göyərtini 1 manata verirlər. Mənə sərf edir. Allah bərəkət versin.
-Bu bazarda süni qiymət artımı ilə qarşılaşmısınızmı?
-Xeyr, olduğunu demək lazımdır. Qiymətlər məni qane edir. Gəlirimlə bağlı qiymətlər məni qane edir. 140-150 manat pensiya alıram. Allah bərəkət versin. Dolanırıq.

Satıcı Dadaşov Xəlil də fikirlərini bölüşdü:
-Qiymətlə bağlı heç bir narazılığımız yoxdur. Şükür Allaha. Bayramdan qabaq (Yeni il nəzərdə tutulur- red.) bir az baha idi. İndi şükür Allaha, qiymətlər normaldır.

Əlavə edək ki, çəkiliş apardığımız müddət ərzində Xırdalan bazarında nə alıcı, nə də satıcı heç bir problemdən şikayətlənmədi. Ümumiyyətlə, burada səliqə-sahmandan, təmizlikdən, həmçinin gigiyenik, antisanitariyalıq heç bir hadisə iıə qarşılaşmadıq. Burada bir daha əmin olduq ki, yerli məhsullarda qiymət artımı yoxdur. Və Azərbaycan təsərrüfatı heç də xarici istehsaldan asılı deyil.
Məlumat üçün bildirək ki, yerli istehsal bu gün kənd təsərrüfatının bir çox sahələrində tələbatı təmin edir. Bu məsələdə meyvə-tərəvəzin payı 100 faiz, taxıl, ərzaq buğdasında tələbat isə 75 faiz təşkil edir. Bu məhsulların istehsalı üçün lazım olan bütün xammal da ölkə daxilində yerli məhsullarla təmin olunur.

Xatırladaq ki, ötən il Nazirlr Kabinetinin növbəti iclasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ölkədə istehsal olunan yerli məhsulların qiymətini “süni” artıranları “işbaz” və “natəmiz insan” adlandıraraq prokurorluq orqanlarını bu məsələ ilə "çox ciddi məşğul olmağa" çağırıb.
Günel Ayxan, Könül Qocayeva, Ayət Şükürlü
Bolgexeber.TV