BolgeXeber.Com » BÖLGƏ TV » Sirkdə qorxunc hadisə – Şir və pələng ata hücüm etdi (VİDEO)

Sirkdə qorxunc hadisə – Şir və pələng ata hücüm etdi (VİDEO)

16-01-2018, 12:00
Oxunub: 7 000 Sirkdə qorxunc hadisə – Şir və pələng ata hücüm etdi (VİDEO)Çinin şimal vilayətində yerləşən Cangzhou şəhərində uşaqlar üçün qurulan sirkdə xoşagəlməz hadisə baş verib

Bolgexeber.com xəbər verir ki, göstəriş zamanı şir ilə pələng ata hücum ediblər.

Hazırlanan səhnəyə əsasən şir və pələng atın üzərində gəzərək dövrə vurmalı idilər. Lakin at şirə təpik atdığına görə, şir də onu dişləyib. Hadisənin daha qorxunc tərəfi isə pələngin də ata hücum etməsi olub.

Təlimçilər dərhal pələngi və şiri qırmancla ard-arda vuraraq atdan uzaqlaşdıra bilib.

Bolgexeber.com sizə sözügedən hadisənin görüntülərini təqdim edir.