BolgeXeber.Com » BÖLGƏ TV » Metal boru erməninin sinəsindən girib kürəyindən çıxdı – VİDEO

Metal boru erməninin sinəsindən girib kürəyindən çıxdı – VİDEO

13-02-2013, 23:45
Oxunub: 5 416 Rusiyanın Krasnodar əyalətində baş verən qəza zamanı bir nəfər ağır xəsarət alıb.
Belə ki, metal boru 27 yaşlı Aleksandr Antonyanın bir tərəfindən girib o biri tərəfindən çıxıb.

AZXEBER.COM-un Rusiya mətbuatına istinadən xəbər verir ki, onu görən həkimlər dəhşətə gəliblər: diametri 5 sm olan su kəməri borusu kişinin döş qəfəsindən girərək kürəyindən çıxıb.

Məlum olub ki, hadisə Aleksandr öz avtomobilində şəhərkənarı traslardan birində hərəkət edərkən baş verib. Qarşıda gedən yük maşınının arxa hissəsində apardığı boruların bağlaması açılıb.
Nəticədə onlarla boru yolun ortasına tökülüb. Onlardan bir neçəsi isə Antonyanın maşınına dəyib və biri sürücünün düz sinəsinə girib. Sürücü borunu çıxartmağa çalışsa da buna müvəffəq ola bilməyib, huşunu itirib. Lakin həkimlərin köməkliyi ilə borunu ondan çıxartmaq mümkün olub. Hazırda o özünü yaxşı hiss edir.