BolgeXeber.Com » BÖLGƏ TV » Bu qızı satıblar - ŞOK VİDEO

Bu qızı satıblar - ŞOK VİDEO

19-02-2013, 22:15
Oxunub: 5 627 Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. Ötən ilin oktyabr ayında Gəncə şəhər 11-ci sinif şagirdi 21.11.1996-c il təvəllüdlü Aysel Aqil qızı Məhərrəmova bir qrup dəllallar tərəfindən Türkiyə vətəndaşına satılmışdır. Moderator.az-a bu haqda məlumatı məktəbli şagirdin atası Gəncə şəhər sakini Məhərrəmov Aqil Hümbət oğlu özü bildirmişdir. Atasının dediyinə görə, onun qızı Aysel Məhərrəmovanın rəfiqəsi Səkinə və onun Orxan adlı dostunun vasitəçiliyi ilə 23.10.2012-ci il tarixdə Türkiyə vətəndaşı İlham adlı şəxsə satılmışdır. Bu haqda Ayselin anası Göyüşova Əsli qızının satıldığı Türkiyə vətəndaşına məxsus olan Bakı-Şamaxı yolunun 20-ci km-də yerləşən "Yıldız kombi" mağazasında gedib. Həmin mağazanı tapıb müdiriyyətiylə söhbət etsə də oradan bildiriblər ki, qızınız sağ və salamatdır. Narahat olmayın. Çarəsiz qalan ata Aqil Məhərrəmov Səkinə və Orxan barəsində Gəncə Polis İdarəsinə və "Yıldız kombi" mağazası yerləşən ərazi üzrə Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hər iki polis İdarəsindən azyaşlı qızın tapılması istiqamətində heç bir tədbir görülməmişdir. Hal-hazırda Gəncə sakini mətbuat vasitəsi ilə DİN rəhbəri Ramil Usubovu qızının axtarılıb-tapılmasında, eləcədə insan alveri ilə məşğul olan dəstənin ifşa edilməsində ona köməklik göstərməyə çağırıb.

P.S. Türk vətəndaşı İlhamın telefon nömrəsi: 0507809786, 0090.5445548453, 0090, 58145548954

Orxan Telefon nömrəsi: 0558704115

P.S. Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Moderator.az