BolgeXeber.Com » BÖLGƏ TV » Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayıldı (VİDEO)

Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayıldı (VİDEO)

22-02-2013, 21:55
Oxunub: 6 199 Əməkdar artist Almaz Ələsgərlinin gənc oğlanla şəkilləri yayıldı. ANS PRESS-in məlumatına görə, hər kəs bu şəkilə bir cür məna verdi, amma əsl həqiqəti həmin gənc özü danışdı. Sən demə, bu gənc müğənni Ramal Əsədzadədir. O özünü Almaz Ələsgərlinin tələbəsi və davamçısı kimi təqdim edir: “Almaz xanımın Lider TV-də yenicə açılmış “Almazlı dəqiqələr” müəllif verilişində veriliş boyu canlı ifalar təqdim olunur ki, bu işdə mən də Almaz xanıma yardımçı oluram. Bu bizim ilk işbirliyimiz deyil. Bundan öncə biz Almaz xanımla “Azərbaycan” adlı vətənpərvər ruhlu mahnını duet şəklində ifa etmişik. O, mənim muzamdır və başqa söhbət ola da bilməz” – deyə, Ramal Əsədzadə yayılan şəkilə münasibət bildirdi.