BolgeXeber.Com » BÖLGƏ TV » Uşaqları baqajda daşıyırlar! – Azərbaycanda şok olayın VİDEOsu

Uşaqları baqajda daşıyırlar! – Azərbaycanda şok olayın VİDEOsu

1-11-2018, 16:57
Oxunub: 6 606 Uşaqları baqajda daşıyırlar! – Azərbaycanda şok olayın VİDEOsuŞəmkirdə sürücü azyaşlı uşaqların həyatını təhlükə qarşısına qoyub.

AzNews.az xəbər verir ki, rayonda azyaşlıların avtomobil baqajında daşındığını əks etdirən video yayılıb.

Hadisə “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobil küçədə gedərkən lentə alınıb. Sürücü salonda yer olmadığından azyaşlı uşaqları avtomobilin yük daşınan yerinə mindirib.

Uşaqların həyatını təhlükəyə atan sürücü, bu azmış kimi üstəlik, onların hava alması məqsədi ilə baqajı da açıq qoyub.