BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı? - TƏFƏRRÜAT (VİDEO)

Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı? - TƏFƏRRÜAT (VİDEO)

4-12-2018, 12:14
Oxunub: 7 509 Azərbaycanda qonşu gəlinə təcavüz edən evli kişi özünü niyə asdı? - TƏFƏRRÜAT (VİDEO)Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl Dərdini Danış"da daha bir cinayətin təfərrüatları araşdırılıb.

Aparıcı Amil Xəlil Göyçayda baş verən müəmmalı ölüm hadisəsi ilə bağlı adı çəkilən rayona yollanıb. Verilişə müraciət edən Firəngiz xanım oğlunun ölümündə qonşularını günahlandırıb. Belə ki, Anar evli olub və qonşu gəlini Aygünlə əlaqələri olub. (red- Gəlinin qayınatası da bu məsələni təsdiq edir). Aygün xanımın sözlərinə görə Anar həyətdə olarkən bir gün ona təcavüz edir və sürüyərək evin arxasına aparır. Aygün xanım da bu məsləni ailəsinə danışır. Səs-küyə yığılan qohumlar və Aygünün anası, qardaşı qonuşuluqda olan Anarın evinə basqına gedirlər. Aygünün anası Məryəm xanım yataqda yarıçılpaq uzanan Anara hücum edir masanın üzərində olan stəkən ilə ona ağır zərbələr endirir.

Anarın anası oğlunu döyənlər arasında qonşu gəlini Aygünün əri Zaur və qayınatası Rizvan bəyin olduğunu da iddia edib. Hadisə şahidləri müsahibə verir və baş verənlərə aydınlıq gətirir. Hətta Aygünün anası Anarı vurduğunu ilk dəfə olaraq etiraf edib.

İddialara görə anarın özünü asmasının başlıca səbəbi qorxudulması olub. Hətta teleaparıcı sətiraltı mesajlar da göndərməyi unutmayıb: "Kənddə olarkən hər kəs Anarın qorxudulduğunu və bu səbəbdən özünü asdığını deyirdi. Təsəvvür edirəm. Anar təhsilsiz olub. Yazmaq qabiliyyəti belə olmayıb. Savadsız biri olduğu üçün onu qorxutmaq düşünürəm ki asan bir işdir."