Oxunub: 6 606Sabunçu qəsəbəsi stansiyayanı küçəsində qaz problemi Hazırladığım bu videoya Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində hələ çox adamları danışdırıb, çəkmək olardı. Ancaq görünən dağa nə bələdçi? Xaricə qaz verən Azərbaycanın əhalisi qazdan niyə əziyyət çəkir, bu mənə çox müəmmalı görünür. Qərəzli münasibətlə insanlara mənəvi əziyyət vermək kimin işinə yarayır deyə bilmərəm. Ancaq Sabunçu qəsəbəsinin stansiyayanı küçəsindəki ərazidə 2013-cü ildə qaz normal verilmədiyini deyə bilərəm. Bu günə qədər Sabunçu Rayonunun qaz istismar idarəsinin rəisi İsimxana və sahə rəisi Mikayıla etdiyim şikayətlər cavabsız qalıb. Azəriqazın baş direktorunun satış və istismar üzrə müavini Məmmədov Qamətin köməkçisinə dəfələrlə zəng vurub ərazidə qaz olmadığını desəm də:- baxarıq, tədbir görərik kimi sözlərlə müraciətimə xitam verdilər. “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevin elektron ünvanına yazdığım məktublara da əhəmiyyət verilmədi. Məcbur olub “Socar” şirkətinə Rövnəq Abdullayevin qəbul otağına zəng vurdum. Telefonu götürən gənc qız belə cavab verdi:-Biz şikayətlərə baxmırıq. Evimə gələn qaz idarəsinin işçiləri isə and-aman etdilər ki, biz qazın təzyiqinin niyə aşağı olmasının səbəblərini bilmirik. Ancaq qazda çalışan bir şəxsin telefonla kiməsə,-rəis siz bizə dedininz ki, qazın təzyiqini aşağı salın, biz də etdik. İndi də ərazidə qaz yoxdur Sabunçu rayonun qaz istismar idarəsinin rəisi İsimxanın ərazimizdə olan qaz problemini nə zaman aradan qaldırılması həllinin yollarını necə tapacaq, necə qərar verəcək deyə bilmərəm, ancaq tanımadığım qazda çalışan bu işçinin sözlərindən sonra mən şikayət etməkdənsə, müasir qaz cihazlarını məcburən yenidən dədə baba üsulu ilə düzəldilmiş peçlərlə əvəz etməyi qərar aldım. Tahirə Ağasiyeva