BolgeXeber.Com » BÖLGƏ TV » Şeytanla müqavilə bağladı - ŞOK – Video

Şeytanla müqavilə bağladı - ŞOK – Video

23-03-2013, 08:35
Oxunub: 4 661 Müqavilədə 100 insan qəlbi müqabilində özü üçün sağlam bədən, var-dövlət... tələb edib

Rusiyanın Volqoqrad şəhərində qanları donduran cinayət baş verib. Yeni evlənəcək gənclərin oğurlanması ilə bağlı iş araşdırılarkən hadisəni bəyin keçmiş müəlliminin sifarişi ilə törədildiyi məlum olub. Qadının evində axtarış zamanı Şeytanla bağlanan müqavilə də tapılıb. Həmin müqavilədə qadın 100 insan qəlbi müqabilində özü üçün gənc və sağlam bədən, mühafizəçi və var-dövlət verilməsini tələb edib.

41 yaşlı Lyubov Osipova barəsində artıq məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilib. Qadının evində aşkarlanan müqavilənin insan qanı ilə yazıldığı güman edilir. Polisin məlumatına görə, qadın öz qəlbini gənc və sağlam bədən, 100 milyon rubl pul, vertolyot, 2 xarici markalı maşın və mühafizəçilər müqabilində şeytana təslim edib. Müqavilə başdan–ayağa qədər şeytanın simvolları ilə bəzənib: “Bundan başqa sənədə soyadları göstərilməyən 94 nəfərin adı da əlavə olunub. Bunlar qəlbi və ruhu Şeytana təhvil verilməsi mümkün olanların siyahısıdır”.

Əvvəllər müəllim işləyən qadın bir müddət əvvəl sosial şəbəkədə Vyaçeslav adlı tələbəsini tapıb və onunla başqa ad altında əlaqə saxlayıb. Bir müddət sonra gənc qadınla əlaqəni kəsib və bundan sonra müəllim keçmiş tələbəsini təqib etməyə başlayıb. Qurban vermək üçün seçdiyi şəxsin tezliklə evlənəcəyini eşidən qadın onu cəzalandırmaq qərarına gəlib. Oğlanın nişanlısını oğurladıqdan sonra ona qrup tərəfindən təcavüz edilməsi və daha sonra inyeksiya etməklə bir həftə ərzində narkotikə alışdırılması planlaşdırılıb. Oğlanı isə öz evinə aparmağı planlaşdıran qadının cinayətinin üstü tezliklə açılıb və o, həbs olunub.
AzNews.az