BolgeXeber.Com » BÖLGƏ TV » Suriyada gedən müharibədən dəhşətli səhnələr (VİDEO)

Suriyada gedən müharibədən dəhşətli səhnələr (VİDEO)

23-03-2013, 11:10
Oxunub: 4 583 Daxili müharibənin cəhənnəmə çevirdiyi Suriyada çəkilmiş bir video bu ölkədə baş verənlərin gerçək üzünü ortaya çıxarır.
Qaynar.info xəbər verir ki, bu videogörüntü qonşu ölkələrdə də ciddi sensasiyaya səbəb olub. Belə ki, Suriya müxaliflərinin hökumət qoşunları və Hizbullah döyüşçüləri ilə Hums şəhəri yaxınlığındakı döyüşündən çəkilən canlı kadrlar görənləri dəhşətə gətirib.Qeyd edək ki, BMT 2 il ərzində Suriyada 70 mindən çox adamın öldüyünü, 3 milyon insanın isə öz ev-eşiyini tərk etdiyini açıqlayıb. Baş katib Suriyanın tamamilə dağılmasının qarşısını almaq üçün hələ imkan olduğunu və təcili şəkildə problemi siyasi yolla həll etmək lazım olduğunu vurğulayıb.
Suriya Müxalifətçi və İnqilabi Qüvvələrin Milli Koalisiyası isə baş nazir vəzifəsinə namizədini müəyyənləşdirib. Koalisiya keçmiş sahibkar Həsən Hittonun namizədliyi üzərində razılığa gəlib.
Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayıb.

Bolgexeber.com