BolgeXeber.Com » BÖLGƏ TV » Heyvanları təpikləyən sərxoş qadınlar axtarışdadır-VİDEO

Heyvanları təpikləyən sərxoş qadınlar axtarışdadır-VİDEO

26-03-2013, 17:45
Oxunub: 4 557 ABŞ-da iki sərxoş qadın San-Dyeqo çimərliyində suitlərini döyüblər. Gizli kamera kadrları demək olar ki, ölkənin bütün telekanallarında göstərilib.

ann.az-ın Rus mətbuatına istinadən verdiyi xəbərə görə, video kadrlarda aydın görünür ki, ağ paltar geyinmiş iki sərxoş qadın suitlərini təpikləyirlər, qadınlar suitlərinin üstünə oturmaq istəyirlər, həmçinin onlar üzərində karate hərəkətlərini sınaqdan keçirirlər. Qadınlardan biri isə baş verənləri telefonunun videosunda qeydə alır. Kadrlara baxarkən onların hər ikisinin ayıq vəziyyətdə olmadığı görünür.

Şəhərin meri 15 may tarixinə qədər çimərliyi gecə ziyarəti üçün bağlamaq qərarına gəlib. Polis isə heyvanlara hücum edən şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır. Heyvan hüquqlarını qoruyanların qıcıqlandıran ən böyük amil isə hücuma yeni doğulmuş suitinin balasının da məruz qalmasıdır.

"Uşaq hovuzu" kimi tanınan San Dyeqo çimərliyi suitlərinin tarixi istirahət yeri kimi tanınır. Çimərliyə 1931-ci ildə çəkilmiş baryer onu yüksək dalğalardan qoruyur.