Oxunub: 5 420Hər il iyulun 6-dan 14-nə kimi İspaniyanın şimalındakı Navarra bölgəsinin Pamplona şəhərində "San- Fermin" festivalı çərçivəsində ənənəvi öküz qaçışı karnavalı-“ensyerro keçirilir. Qeyd edək ki, artıq 8 əsrdən çoxdur keçirilən öküz qaçışı festivalında 1911-ci ildən bu yana 15 adam ölüb ,200-dən çox adam yaralanıb. İnsanlar bir həftə ərzində səhər saat 8-də “ensyerro”ya çıxırlar. Öküzləri xüsusi tövlədən küçələrə buraxırlar. Heyvanlar şəhər küçələri ilə karnavalda iştirak edən insanları qovurlar. Həm heyvanlar, həm də insanlar 825 metr məsafəni qət edərək xüsusi korridalar keçirilən arenaya daxil olmalıdırlar.San-Fermin fiestası –xalq bayramı əsasən məhz ənənəvi öküz qaçişina görə bütün dünyada tanınır. Öküz qaçışı ümummən 216 saat davam edən ümumxalq şənlikləri ilə müşayət olunan festivalın yalnız bir hissəsidir və cəmi 25 dəqiqə şəkir.Ədəbiyyat üzrə Nobel mükafatçısı amerikalı yazıçı Ernest Heminquey San-Fermin festivalını görəndən sonra burada hökm sürən abu-hava onun xoşuna gəldiyindən 1959-cu iləcən o müntəzəm olaraq Pamplonaya gəlirdi.Fiesta haqda təəsüratlar onun festivaldan bəhs edən "Günəş də qalxır" (1926) əsərinin yazılmasına səbəb olmuşdur.Bu əsər fiestanı daha da populyar etmiş və Pamplonaya minlərlə xarici turist cəlb etmişdir. Hesablamalara görə hal-hazırda hər iyul ayında fiesta zamanı şəhərə 1-3 milyon arası qonaq gəlir.Məşhur öküz qaçışı zamanı çoxsaylı bədbəxt hadisələr ,yaralalanlar olsa da(əsasən içkili xarici turistlər) sivil Avropada yaşayan ispanlar bu mənasız,vəhşi həvəslərindən əl çəkməyərək onun qadağan olunması haqda sağlam çağırışlara məhəl qoymurlar. İmran Kərimli