BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda aşan avtobusun şök görüntüləri - Video

Bakıda aşan avtobusun şök görüntüləri - Video

2-04-2013, 09:50
Oxunub: 4 882 Xəbər verildiyi kimi, ötən həftənin şənbə günü Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İsuzu" markalı 10-TG-938 dövlət qeydiyyat nişanlı avtobus aşıb. anspress-in məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəsarət alanlara tibbi yardım göstərilib. İlkin ehtimala görə, metronun "Qara Qarayev" stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə avtobusun idarəetməsini itirməsi göstərilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır. anspress-in daimi oxucuları bu qəzanın video görüntülərini bizə göndəriblər. Bu video görüntüləri oxucularımıza təqdim edirik.