Oxunub: 5 673İlk oyun günündə iki dramatik qarşılaşma baş tutub. Dortmund "Borussiya" öz meydanında "Malaqa"nı qəbul edib. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandaların oyununda qapılara beş qol vurulub. Görüşün 90-cı dəqiqəsinə qədər 1:2 hesabı ilə məğlub olan Dortmund təmsilçisi inanılmaz əzmkarlıq göstərərək 90+1 və 90+2-ci dəqiqələrdə daha iki qol vuraraq yarımfinala vəsiqə qazanıb.
Digər matçda Madridin "Real" klubu "Qalatasaray"ın qonağı olub. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray"ın növbəti mərhələyə keçmək şansları az görünürdü. Lakin "Cimbom"un ispanlara rahat təslim olmayacağı şübhə doğurmurdu. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Qalatasaray" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Lakin ilk oyunun nəticəsinə görə yarımfinala "Real" çıxıb.