BolgeXeber.Com » BÖLGƏ TV » Axtarış söhbətinə gülməyim gəlir”- Rəqsanə danışdı+Audio

Axtarış söhbətinə gülməyim gəlir”- Rəqsanə danışdı+Audio

10-04-2013, 20:50
Oxunub: 4 839 “Mən nə qaçmışam, nə də gizlənmişəm. Telefonlarım da açıqdır”

“Mən heç bir orqan tərəfindən çağırılmamışam və heç bir çağırışdan da qaçmamışam ki, məni axtarışa veriblər”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Rəqsanə ATV-də yayımlanan Ümid var verilişində telefonla canlı bağlantı zamanı deyib. O bildirib ki, bu söhbət bir ildən artıqdır ki, gedir:

“Mən nə qaçmışam, nə də gizlənmişəm. Telefonlarım da açıqdır. Məni nə vaxt dəvət etsələr Azərbaycana gələ bilərəm. Bu axtarış söhbətinə sadəcə gülməyim gəlir”.