BolgeXeber.Com » BÖLGƏ TV » İtgin balıqçının meyiti tapıldı -VİDEO

İtgin balıqçının meyiti tapıldı -VİDEO

13-04-2013, 12:40
Oxunub: 4 373 Elsevər Allahverdiyevin meyidi dərhal dəfn olunub

Aprelin 9-dan 10-na keçən gecə şəxsi motorlu qayığıyla balıq tutmaq məqsədi ilə açıq dənizə çıxmış və qayığın batması nəticəsində boğulmuş Masallı rayonunun Təzəkənd kənd sakini Elsevər Allahverdiyevin meyidi tapılıb.
Külək mərhumun meyidini sahilə atıb və onu bu səhər qonşu kəndin sakinləri aşkar ediblər. Elsevər Allahverdiyevin meyidi dərhal dəfn olunub.

Qeyd edək ki, güclü külək səbəbindən balıqçının axtarışları ötən gün dayandırılmışdı.
Təzəkənd kənd sakinləri - 32 yaşlı Allahverdiyev Elsevər Mehman oğlu və 34 yaşlı Ağayev Niyaməddin Mirzəxan oğlu bir necə gün öncə faciə ilə üzləşmişdi. Dənizdə küləyin güclənməsi ilə yaranan dalğalara davam gətirməyən qayıq içinə su dolması səbəbindən batıb.
Balıqçılardan biri üzüb sahilə çıxa bilsə də, digərindən iki gün xəbər iki gündür ki, xəbər yox idi.