BolgeXeber.Com » BÖLGƏ TV » Nəqliyyat müfəttişləri sürücünü qəddarcasına döyüblər - VİDEO

Nəqliyyat müfəttişləri sürücünü qəddarcasına döyüblər - VİDEO

15-04-2013, 02:30
Oxunub: 3 928 Dünən axşam saatlarında Sumqayıtdan Biləcəridə yaşadığım evə gələrkən Beynəlxalq Avtovağzal ərazisində Nəqliyat Departamentinin əməkdaşları yolumu kəsərək, maşınıma hücuma keçdilər”. Musavat.com-un məlumatına görə, bunu Nəqliyyat Departamentinin işçiləri tərəfindən döyüldüyünü iddia edən Məzahir Mehman oğlu Mehmanov deyib. Onun iddiasını əks etdirən videosüjet YouTube portalında yerləşdirilib.

“Qapımı açaraq maşınımın içində olan sənədlərimi, maşınımın açarlarını zorla əlimdən alaraq məni döyərək maşından düşürdülər. Gecə saat 12-dən 2-yə kimi məni orda saxladılar, məni təhqir edərək döyüb əynimdə olan paltarları cırdılar. Daha sonra maşınımı zorla əlimdən alaraq sürüb uzaqlaşdılar. Yaxınlıqda olan post-patrul xidmətinin əməkdaşlarına yaxınlaşaraq kömək istədim, onlar bildirdilər ki, biz Nəqliyyat Departamentinin işinə qarışa bilmərik. Daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq başıma gələnləri danışdım”.

Video gecə saatlarında yayıldığından, Nəqliyyat Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Mövzuya qayıdacağıq.