BolgeXeber.Com » BÖLGƏ TV » Xaçmaz və Quba rayonlarında Polis ictimai asayişi necə qoruyur?(VİDEOREPORTAJ)

Xaçmaz və Quba rayonlarında Polis ictimai asayişi necə qoruyur?(VİDEOREPORTAJ)

6-12-2019, 13:41
Polislərimiz asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur

Ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında polis əməkdaşlarının böyük xidmətləri vardır

Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olan daxili işlər orqanları daxili işlər naziri, general-polkovnik general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında fəaliyyətlərini qarşıda qoyulan tələblər səviyyəsində quraraq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrini əzm və qətiyyətlə yerinə yetirir, hər bir vətəndaşın hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanırlar.

Ölkə Prezidenti də öz nğvbəsində daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirir. Bolge.TV paytaxta və bölgələrdə polisllərin vətəndaşlara göstərdikləri yüksək xidməti ilə bağlı reportajlara başlayır.İlk reportajımız Balakən rayonundan olmuşdur.
Bolge.TV-nin növbəti reportajı isə Xaçmaz,Quba rayonlarından olub.
Bolge.TV-nin müxbirləri adıçəkilən rayonlarda polisin fəaliyyəti bağlı sakinlərlə söhbət etmişdir.
Müxbirimizin rayon sakinləri ilə söhbətİ zamanı vətəndaşlar qeyd ediblər ki, polis,yol poisi daxil olmaqla dövlətimizin, vətəndaşların keşiyində ləyaqətlə durur, sabitliyin qorunmasında böyük xidmət göstərir.

Qeyd edək ki,Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu ilin avqustunda imzaladığı əmrə əsasən Xaşmaz Rayon Polis Şöbəsinə polis polkovnik-leytenantı Həmid Həsənov rəis təyin olunub.
Həmid Həsənov bu təyinatdan əvvəl Xızı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.Onu da qeyd etmək lazımdır ki, Həmid Həsənov ona etibar edilən bütün postlarda özünü doğruldub. Həmid Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Ramil Usubovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Həmid Həsənov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza ləyaqətlə didmət edən polis rəisidir.
Xaçmaz polisi asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur.
Bunu Xaçmazda Bolge.TV-nin müxbirlərinin polisin fəaliyyəti ilə bağlı sakinlərlə söhbət də təsdiq edir. Bolge.TV-nin polisin fəaliyyəti ilə bağlı adıçəkilən rayonlardan hazırladığı videoreportajı oxuculara təqdim edirik: