BolgeXeber.Com » BÖLGƏ TV » Taksi sürücüsü yol polisindən Ramil Usubova şikayət edir-Video
Taksi sürücüsü yol polisindən Ramil Usubova şikayət edir-Video
26-04-2013, 17:35
Oxunub: 5 974Yasamal rayon sakini taksi fəaliyyəti ilə məşğul olan Cəbiyev Raufun Qafqazregion.az-a bildirdiyinə görə o , aprelin 13-də axsam saat 23:00-da müştəri aparakən inşatçılar prospektində İXHİÜİ-nin şöbə rəisi Malik İbrahimov tərəfindən özbaşnalığa məruz qalıb. Belə ki, taksi sürücüsünün dediyinə görə o maşınla İnşaatçılar prospektilə üzü Olimpə tərəf düşərkən işıqforda maşını saxlayıb və bu zaman onun yaxınlığında saxlayan ağ rəngli “Niva” markalı avtomobildən, sürücünün yanında oturan bir nəfər düşərək onun maşınına yaxınlaşıb. Qeyd edək ki,bundan əvvəl həmin maşında oturan o şəxs işiqfora çatmamış yolda əl ilə saxlamaq işarəsi verib, ancaq sürücü onu tanımadığından təbii ki, maşını saxlamayıb.Mülki geyimdə olan həmin adam əvvəlcə müştəri tərəfdə olan şüşəni döyəcləyərək maşının qapısını açılmasını tələb edib.Amma Raufun müştəri qismində apardığı Nicat adlı şəxs həmin adamı tanımadığından qapını açmayıb. Rauf Cəbiyev avtomaşına yaxınlaşan şəxsin nə istədiyini öyrənmək üçün özü maşından düşüb. Az keçməmiş əraziyə YPX maşını da yaxınlaşıb. Bu zaman həmin mülki geyimli adam artıq qapını açıb yerə düşən Nicatın boynunun dalından tutaraq “ratsiya” ilə başından vurub və şalvarından yapışaraq kobudluqla 077 nömrə nişanlı maşına salıb. Raufun özünü isə YPX maşınına otuzdurublar. Dəhşətli orasıdır ki, polis işçiləri bu zaman onların nə üçün saxlanılması haqda açıqlama verməyə heç ehtiyac da görməyiblər.Yalnız YPX-nin maşınında ona məlum olub ki,onlar avtoxulqanlıq etməkdə ittiham olunublar. Maşında olan polis mayoru ona bildirib ki, guya o 20 yanvar şossesindən sürətlə şütüyüb. Taksi sürücüsünün”Axı mən heç o ərazidən keçməmişəm,yol-hərəkət qaydalarını da qətiyyən pozmamışam, bunu kamerada göstərə bilər” etirazına isə həmin mayor heç nə deyə bilməyib. Bundan başqa “qanunu pozanlar” yalnız polis işçilərindən öyrəniblər ki, onları tutduran şəxs İXHİÜİ-nin şöbə rəisi Malik İbrahimov şəxsən özüdür və onun icazəsi olmadan onlar heç bir halda buraxıla bilməzlər.Hər ikisi polis şöbəsinə aparılan vətəndaşlara avtoxulqanlıq maddəsilə protokol tərtib olunub və DYPİ –də məlum olub ki,onların işi məhkəməyə göndərilib. Rauf Cəbiyev Polis şöbəsindən çıxandan sonra Malik İbrahimovu axtarmağa çalışıb və bu zaman o onu heç bir günahı olmadan cəzalandıran məmurun başqa bir qanunsuzluğunun da şahidi olub. Taksi sürücüsü həmin ağ “Niva”-nın bir “Tofaş” maşınını qovmasını və bu səbəbdən həmin avtomobilin qarşısındakı “Kamaz” yük maşınının altına girərək qəza törətməsinin şahidi olub. Günahı olmaya-olmaya maşını cərimə meydançasına qoyulan və məhkəməyə verilərək cərimə olunan taksi sürücüsünün Qafqazregion.az-a bildirdiyinə görə o yeganə gəlir mənbəyindən olduğuna görə onsuz da pis olan vəziyyəti bir az da ağırlaşıb.Etdiyi şikayətlərin heç bir xeyri olmadığından, bir azyaşlı uşaq atası olan taksi sürücüsü ona qarşı edilən özbaşnalıqla əlaqədər məcburiyyət qarşısında qalıb DİN cənab Ramil Usubova müraciət edib. Qafqazregion.az həmin müraciəti oxuculara təqdim edir: