BolgeXeber.Com » BÖLGƏ TV » İdmançımız rəqibini ölümdən qurtardı – VİDEO

İdmançımız rəqibini ölümdən qurtardı – VİDEO

28-04-2013, 17:25
Oxunub: 4 252 Bəxtiyar Arzumanov rəqibi Yuri Gamalini ölümdən xilas edib
Qarşılaşma Ukraynada keçirilib. Azərbaycanlı qaydasız döyüşçü Bəxtiyar Arzumanov rəqibi Yuri Gamalini ölümdən xilas edib. Döyüşdə idmançımız rəqibinə qarşı boğucu fənd tətbiq edib. Döyüşü qələbə ilə başa vuran idmançımız sonda rəqibinin huşunu itirdiyini görüb. Bunu görən B.Arzumanov Y.Gamalinin dilini tutub və özünə gəlməsinə kömək edib.

Döyüşçünün bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bəxtiyar Arzumanovun bu alicənab hərəkəti indiyədək sosial şəbəkələrdə müzakirə olunur.
Bolgexeber.com