BolgeXeber.Com » BÖLGƏ TV » Ağır xəstə olan Gəncə şəhər sakini nazirə işçilərindən şikayət etdi-Video

Ağır xəstə olan Gəncə şəhər sakini nazirə işçilərindən şikayət etdi-Video

30-04-2013, 11:00
Oxunub: 5 935 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərinin süründürməçiliyi və qanunsuz əməlləri ilə bağlı şikayətlər artmaqdadır.

Gəncə şəhər sakini Məmmədov Tahir Ələddin oğlu ağır xəstə olduğu halda, süründürməçilik və rüşvət tələbi ilə üzləşib. Gəncə sakini ağır xəstədir və bir neçə il öncə ürəyindən əməliyyat olunub. Hazırda isə Tahir Məmmədov 25 saylı TSEK-in qanunsuz hərəkəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib.
Müarciətdə bildirir ki, 25 saylı TSEK-nın Fika ləqəbli sədri ondan pul istəyir ki, əlilliyini təsdiq etsin. O, bu barədə bir neçə yerə müraciət etsə də, heç bir tədbir görülməyib: “Əlilliyin təyin edilməsi ilə bağlı komissiyaya müraciət etdim. Məni get-gələ salırlar və lazımsız sənədlər istəyərək deyirlər get xəstəxanada da yat. Fakt isə göz qabağındadır, əlil adamam. Bütün bunlar rüşvət üçün edilən süründürməçilikdir. Komissiyanın sədri pul istəyir. Nazirə müraciət edirəm ki, mənə pul versin, aparıb komissiyaya verim ki, mənim də canım qurtarsın. Heç yerdə işləyə bilmirəm, dərmanlarımı da qohumlar alır. 2010-cu ildə ürəyimdən əməliyyat olunmuşam, əlim-ayağım şişmiş vəziyyətdə yaşayıram. Məndən “forma 88″ istəyirlər, o da 100 manatdır”. bizimxeber.az