Oxunub: 5 556Rusiyalı killer Oleq Topalovun təcridxanadan qaçması müşahidə kamerası tərəfindən anbaan görüntülənib.
Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, Topalov qaçış planını ən xırdalıqlara qədər düşünübmüş. Belə ki, Topalovun qaldığı “Matrosskoy Tişine” ruhi əsəb təcridxanası köhnə bina olub. Bunu hiss edən Topalov qaşıqla palatasının divarında deşik açmağa başlayıb. Sonra ventilyasiya yolu ilə çardağa çıxıb. Xəstələrin gəzməsi üçün nəzərdə tutulmuş bağa düşdükdən sonra Topalov tikanlı məftilsiz dvar taparaq mələfələrdən düzəltdiyi kəndirlə hasarı adlayıb. Xəstəxananın kənarında onu görsələr də, heç kim fikir verməyib. Hətta işçilərdən biri onu yad adam sayıb uzaqlaşmasını istəyib.
Xatırladaq ki, Oleq Topalov mafiya lideri, yanvarda öldürülmüş Ded Hasanın killerlərindən olub.