Oxunub: 7 699Videoda bu dəfə "baş rol"da görüntülənən Rövşanə Əliyeva sensasiya doğuracaq adlar çəkir Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yeni video yayıb. Video Elşad Abdullayevlə Rövşanə Əliyeva adlı qadının söhbətini əks etdirir. Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. Bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. 1 saatlıq videoda R.Əliyeva M.Abdullayevin oğurluğu, onun tapılması ilə bağlı görülən işlərdən danışır, vasitəçilərin adını çəkir. Söhbətdə E.Abdullayevlə yanaşı qardaşı Elsəvər Abdullayev də iştirak edir. Danışıq zamanı R.Əliyeva bildirir ki, Mahiri KQB oğurlayıb, tapşırıq isə Sənan adlı agentdən gəlib. Söhbətin gedişində isə E. Abdullayev də maraqı adlar çəkir: Aqil Əliyev, Şəfiqə Əliyeva... Yayılan videonu müşayiət edən mətn də maraqlıdır. Həmin mətndən bəzi parçaları da təqdi edirik “Bu video-fakt 22.Vl.2004-cü il tarixində qeydə alınmışdır. Rövşanə Əliyeva mənim ilə həbsdə olan Arzu Kazımovun və AR Daxili İşlər Nazirinin l müvini general Zahid Dünyamalıyev arasında vasitəcilik edən cinayət subyektidir. Məhkəmə təcrübəsindən məlumdur ki, mütəşəkkil cinayətkar təşkilatın subyektləri çoxsaylidır. Buraya daxildir mütəşəkkil cinayətkar təşkilatın başcısı, rəhbəri, təşkilatcısı, istiqamət verəni, pul yığanı, mətbuat xidməti, vəkilləri, sıravi oğruları , yayındırıcıları, qoçu dəstələri, icraçıları və vasitəcələri. Hər birinin özünə məxsus cinayət statusu və cinayət məsuliyyəti vardır. Bu video-fakt ona görə ictimailəşir ki, həbsdə olan Arzu Kazımovun advokatı Ramiz Zeynalov vəkillik etikasından kənar reket qəzet "Təzadlar"ın həqiqqətə uygun olmayan məlikməmməd nagılllarını danışaraq əsas cinayətkarları gizlətməyə və zərəcəkmişi isə təhdid edib susdurmağa çalışır. Arzu Kazımov haqında bu günə qədər 4 video və 3 audio faktlar ictimailəşmişdir. Alicənab faktlar isə tam həqiqəti əks etdirir, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa edir: 1. Rövşanə deyir: " Arzu deyir ki, Mahiri Cəlal Əliyev oğurlayıb, Aqil Əliyev ogurlayıbdır, Şəfiqə , İlqar Əliyev oğurlayıbdır və s. Hətta, söz-arası qeyd edir ki, Mahiri Ramiz Mehdiyev oğurlayıbdır..." Bu gün hakimiyyətin ədalət mühakiməsinin simasını əks etdirən vəkil Ramiz Zeynalov və "Şanlı" huquq orqanları isə əsas cinayətkarı gizlətmək məqsədi ilə Mahiri axtaranların üstünə gedərək deyir ki, Mahiri kim axtarırsa, o, ogurlayıbdır. Belə yerdə deyirlər varam sizdəki "əxlaqa və qeyrətə" ... 2. Rövşanə qeyd edir :" Mahirin işini aparan Daxili İşlər Nazirinin l müavini general Zahid Dünyamalıyev Sənan İbrahimovdan şüpələnir, onu həbs etdi, o, iki nəfərin adını vermişdir. Prezident Aparatına da Sənanın həbs olunması haqqında arayış verdi, yoxsa Sənanı Prezident Aparatına işə götürəcəkdilər, PA-nın müdüri Ramiz Mehdiyev də icazə vermişdir. Bundan sonra Sənan gündə durub PA-dan Mahir haqqında yalan məlumatlar elan edəcəkdir. Bunun qarşısını Zahid Dünyamalıyev aldı, tələb edirdi ki düz olmaq lazımdır . Buna görədə KQB agenti Sənan İbrahimovun ürəyi getmişdir, özünə gələ bilmirdi... 3. Rövşanə deyir: "Mahiri işlədiyi idarə (“KQB”) ogurlayıbdır. “KQB” agenti Sənan İbrahimov Mahirin oğurluq cinayətinin "nakolşikidir" (istiqamət verəni), mügənli Mətanət İsgəndərlinin vasitəsi ilə oğurluğu realizə etmişdir ... (İxtisar bizimdir- Red.) Mahir ogurlanan günü Hilal Əsədov Bakı Şəhər Banditizm İdarəsinin (MCQMİ) rəisi vəzifəsində calışırdı. Bu barədə DİN Vll İdarəsinin əməkdaşı Rövşən Abbasquliyev video-faktlarda açıqlama vermişdir. AR Konstitusiyasına görə xalqını qorumağa borclu olan vəzifəli şəxslər xalqa qarşı cinayət etməkdə davam edirlər" .../müsavat.com/