BolgeXeber.Com » BÖLGƏ TV » Abdulla Gül Taksim olayları ilə bağlı açıqlama verdi-Video-Foto
Abdulla Gül Taksim olayları ilə bağlı açıqlama verdi-Video-Foto
1-06-2013, 17:55
Oxunub: 6 617Ərdoğan geri addım atdı İstanbulda polis qüvvələri Taksim meydanından ayrılır. "Ağaclar kəsilməsin, AVM yapılmasın" deyə günlərdir aksiya keçirənlərin Gəzinti Parkına girişinə izn verildi. Prezident Gülün parkın xalqın üzünə açılması üçün baş nazir Ərdoğana zəng etdiyi bildirilir. Bundan başqa, xəbər verilir ki, Taksimdəki nümayişlərə dəstək üçün Ankarada toplanan qrupa polisə müdaxilə edib. Baş Nazirlik binasının çevrəsi barrikadalara çevrilib. Polis binaya mülki vətəndaş girişini əngəlləyib. Polis İl Jandarma Alay Komandanlığından dəstək istəyib. Türkiyə TV kanalları Taksimə maraq göstərmədiyi üçün firmalar reklamları geri götürdü
Taksim Gəzi Parkı protestosunda polislə etiraz edən vətəndaşlar arasındakı gərginlik get-gedə artmaqdadır. Türk xəbər kanalları da bu məsələyə maraq göstərmədikləri üçün etirazla qarşılanıb. Beynəlxalq xəbər kanalları BBC və CNN kimi quruluşlar saatlarla canlı yayımda Türkiyədəki hadisələri işıqlandırarkən, NTV, Habertürk ve CNN Türk kimi yerli xəbər kanalları, yetərincə proseslərə yer ayırmayıblar. Buna görə də bir sıra firmalar kanallardan reklamlarını geri götürməyə qərar veriblər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, iğtişaşlar zamanı gənc bir qız polis maşının altında qalaraq ölüb. Yaşlı bir nəfərin isə polisin zərbəsindən sonra qulağının qopduğu deyilir.