BolgeXeber.Com » BÖLGƏ TV » Hüseyn Abdullayev “Susma!” marşı ilə bağlı açıqlaması – VİDEO

Hüseyn Abdullayev “Susma!” marşı ilə bağlı açıqlaması – VİDEO

4-06-2013, 09:45
Oxunub: 6 271 “Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev yazdığı “Susma!” adlı yeni əsər-marş cəmiyyətdə birmənalı qarşılanmayıb.
Əsərlə bağlı verilən açıqlamada bildirilir ki, bu marş son illər ölkədə baş verən haqsızlıqlara, insan hüquq və azadlıqlarının pozulmasına etiraz olaraq qələmə alınıb. Qeyd edək ki, marşın klipində də son illər Fəvvarələr bağında keçirilən aksiyalardakı görüntülərdən istifadə olunub.
Mahnının musiqisi ilə yanaşı sözləri də Hüseyn Abdullayevə məxsusdur. H.Abdullayevin yeni əsərini ilk dəfə musavat.com-da yayımlanıb.

Qeyd etdiyimiz kimi cəmiyyətdə birmənalı qarşılanmayan bu əsərlər bağlı müzakirələr açılıb. Xüsusilə sisoal şəbəkələrdə mahnıya reaksiyalar bildirilib və bəzi iqtidaryönlü şəxslər H.Abdullayevi buna görə qınayıblar.

Modern.az saytının məlumatına görə, artıq məsələyə bəstəkarın özü də münasibət bildirməyə məcbur olub. “Məni başa düsüb, mövqeyimə düzgün qiymət verən insanlara özümün dərin minnətdarliğımı bildirirəm. O ki qaldı öyrədilmiş insanların fikrinə, deməliyəm ki, onlar çox zavallı və dayaz adamlardılar. Mənim onlara cavab yazmağım doğru olmaz”-deyə Hüseyn Abdullayev qeyd edib.