BolgeXeber.Com » BÖLGƏ TV » Polis rüşvət alarkən yaxalandı – ŞOK VİDEO

Polis rüşvət alarkən yaxalandı – ŞOK VİDEO

6-06-2013, 13:20
Oxunub: 5 917 “Polisə qorxumdan haqq verirəm”
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin sahə müvəkkili Ramin adlı şəxs ərazisində olan bütün sahibkarları aylıq haqqa “otuzdurub.” Məlumat üçün bildirək ki, sahə müvəkkili haqqı yığmaq üçün hətta özünə polis serjantı Habil adlı bir nəfər köməkçi də götürüb. Polis serjantı Habil adı çəkilən ərazinin stamotoloji kabinetin texniki Mahir Əsgərovdan aylıq haqq dalınca gəlib rüşvəti alarkən Avropa.info-nun əməkdaşı tərəfindən video lentə alınıb. Video çəkilş zamanı şübhələnən polis serjantı ilə sahə müvəkkili əməkdaşımıza bildirib ki, bu məbləğ, yəni ayda 10 manat haqq almaq rüşvət sayılmır.
Avropa.info-ya video açıqlama verən stamatoloji kabinetin texniki Mahir Əsgərov isə polisdən qorxduğu üçün rüşvət verdiyini bildirib. Hər iki video görüntünü təqdim edirik: