BolgeXeber.Com » BÖLGƏ TV » İcra başçısı Sumqayıtda sahibkarın obyektini belə sökdürdü-Video

İcra başçısı Sumqayıtda sahibkarın obyektini belə sökdürdü-Video

10-06-2013, 10:00
Oxunub: 5 105 Sahibkar Arif Şamıyev prezident İlham Əliyevə müraciət etdi

Sumqayıt Şəhər İcra başçısı Eldar Əzizov rüşvət vermədiyimə görə, sahibkar Arif Şamıyevin iki böyük obyektini sökdürüb. Bolgexeber.com xəbər verir ki, bununla bağlı sahibkar avropa.info-ya göndətdiyi məktubda ölkə başçısı İlham Əliyevə müraciət edib. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

Cənab Prezident! Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov öz komandası ilə bizə rahatlıq vermir. Sumqayıta ayaq qoyandan bizim obyektə hücuma keçdi. Eldar Əzizovun özü ilə gətirdiyi Kamil adlı şəxs sahibkarlardan pul yığır. Pul verməyənlərin isə obyekti başına uçurdulur. Təsəvvür edin ki, Kamil öz dili ilə hamının yanında özünə "torbatikən" deyir. Eldar Əzizovun vaxtilə Gəncədə icra başçısı işləyərkən etdikləri hamıya məlumdur.

İndi isə özü ilə gətidiyi adamlar cəmiyyətə yararsız adamlardır. Çünki bunlar insanlara hörmətlə yanaşmırlar. Cəmiyyət üçün qorxuludurlar. Bunların hamısı Sizə qarşıdır. Sizin sözünüzlə desək, harınlamış adamlar çox-çox əcaib maskalarla başqa formalara düşüblər. Bu adamlar insanlara qarşı çox eqoistdirlər. Mətbuatda işıqlandırılan mövzuların da bir neçəsini də Sizin ümumi şöbəyə göndərirəm ki, bu adamlar nə ilə məşğuldurlar, öz iyrənc əməlləri ilə insanları sizə qarşı qoyurlar.Bu yaxınlarda həmin Kamilin vasitəsi ilə icra başçısı məndən rüşvət istədi. Məbləğ o qədər böyük idi ki, mən istəsəm də bunu verə bilməzdim. Və bunun nəticəsi olaraq obyektim başıma uçurduldu. Cənab prezident xahiş edirəm mənə köməklik göstərəsiniz." Arif Şamıyev obyektlərinin sökülməsinin videosunu da sayta təqdim edib. Həmin videonu oxcularımıza təqdim edirik: