BolgeXeber.Com » BÖLGƏ TV » Dünyanın “xilaskarı” Azərbaycanda yaşayır – Video

Dünyanın “xilaskarı” Azərbaycanda yaşayır – Video

27-06-2013, 10:55
Oxunub: 5 883 “Əgər mən yalan deyirəmsə, məni neçənci qatdan istəyirsiniz atın dənizə”.
Azərbaycanda yaşayan 49 yaşlı Şükür Fətəliyev hesab edir ki, o, dünyanın “xilaskarı”, Allah və peyğəmbər tərəfindən seçilmiş övliyadır.
oxu.az xəbər verir ki, Qubanın Amsar kəndində yaşayan Ş.Fətəliyevin bildirdiyinə görə, peyğəmbərin məzarını ziyarət edən zaman, ona yaşıl geyinməsi, Allah tərəfindən rəhbər seçilməsi barədə göstəriş gəlib.
“Mən göydən daş yağacağını televiziyalara demişdim. Bundan sonra Rusiyada Çelyabinskə daş yağdı. 2015-ci ilə kimi göydən başqa əcaib məxluqlar gələcək, 2020-ci ildən isə həmin məxluqların hamısı artıq Yerdə olacaq” – deyə, Fətəliyev bəyan edir.
Bundan başqa, o, övliyalığına şübhə edən kəslərə də müraciət edib.
“Əgər mən yalan deyirəmsə, məni neçənci qatdan istəyirsiniz atın dənizə, çəkilin. Hətta barmaqlarımı da kəsin, mən qorxmuram. İstər yəhudi, istər erməni, istər azərbaycanlı olsun, bütün insanların sahib zaman ağası mənəm – övliya Şükür” – deyə, o vurğulayıb.