BolgeXeber.Com » BÖLGƏ TV » Yanğın Şirvan milli parkının florasına ziyan vurub – VİDEO

Yanğın Şirvan milli parkının florasına ziyan vurub – VİDEO

29-06-2013, 00:05
Oxunub: 5 965 İlkin araşdırmalar zamanı məlum olub ki, heyvanlar arasında yanğın baş verən vaxt ölüm qeydə alınmayıb
Şirvan milli parkı qoruq statusu daşıyır və bura Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qorunur. Yəni, qoruq ərazisinə giriş ümumiyyətlə qadağandır. Təkcə Salyan Oil Şirkətinin avtomobillərinə ərazidən keçmək icazəsi var. Elə yanğının da həmin avtomobillərin birindən atılan od nəticəsində baş verdiyi ehtimal edilir.
Yanğın baş verən vaxt ilk çağırışla əraziyə Salyan rayon Yanğından Mühafizə Xidmətinin maşınları, o cümlədən, Fövqəlada Hallar Nazirliyinin iki helikopteri də cəlb edilib. Yanğın təxminən 3 saatadək davam edib və yalnız 3 saatdan sonra yanğını nəzarət altına alaraq söndürmək mümkün olub.
Qeyd edək ki, Şirvan milli parkı 2003-cü ildən yaradılıb. Qoruqda 230 növdə heyvan və quşlar qorunur. Heyvanlardan əsasını isə adı Qırmızı kitaba düşən ceyranlar təşkil edir. İlkin araşdırmalar zamanı məlum olub ki, heyvanlar arasında yanğın baş verən vaxt ölüm qeydə alınmayıb. Ancaq milli parkın florasına dəyən ziyan kifayət qədər böyükdür.
Hazırda park ərazisində Fövqəlada Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin və Salyan polis idarəsinin əməkdaşları araşdırma apararaq yanğının dəqiq nədən baş verməsini müəyyən etməyə çalışırlar.
bizimxeber.az