Moskvada miqrantlarla QHT üzvləri arasında kütləvi dava – VİDEO
30-06-2013, 15:50
Oxunub: 5 599
Son vaxtlar isə Rusiyada miqrantlara qarşı münasibət sərtləşib
Moskvanın Şimal-Qərbində miqrantların yaşadığı yataqxanada xarici ölkələrdən olan əmək miqrantları ilə onların yaşayışının qanununiliyini yoxlayan ictimai təşkilatın üzvləri arasında kütləvi dava olub. Əlbəyaxa dava zamanı 60 nəfər saxlanılıb. Onların 35-i yataqxana sakini, 25-i isə təşkilatın üzvləri olub. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə təşkilatın üzvlərinin müstəqil reyd keçirməsi sakinlərin xoşuna gəlməyib. Və münaqişə yaranıb. Məlumata görə yoxlamanı keçirən təşkilat “Moskvanın qalxanı” adlanır və bu qrum əsasən xaricdən Moskvaya gələn miqrantların yaşadıqları yerlərdə yoxlamalar keçirir və Hüquq Mühafizə Orqanlarını məlumatlandırır.
Xatırladaq ki, bir qədər əvvəl internetdə Rusiyanın Hüquq-Mühafizə Orqanları əməkdaşları tərəfindən qeyri-qanuni miqrantların küçə ilə aparılması kadrları böyük əks-sədaya səbəb olmuşdu. Polisin bazarların birində çalışan 100-dən çox miqrantı polis bölməsinə aparması ikinci dünya müharibəsi zamanı düşmən əsirlərə bənzədilirdi. Rusiyada miqrantlara qarşı tədbirlərin sərtləşməsi bir sıra siyasətçilər tərəfindən tənqid olunmuşdu. Rusiya Liberal-demokat Partiyasının sədri, Rusiya Dövlət Düması sədrinin müavini Vladimir Jirinovski ise belə görüntülərin Rusiyanın digər MDB ölkələri ilə münasibətlərinin korlanmasında maraqlı olan qüvvələr tərəfindən ortaya atıldığını deyib. Onun fikrincə MDB ölkələrinin vətəndaşları Rusiyada rahat ticarətlə məşğul olmalı və işləməlidirlər və buna heç kimin etirazı olmamalıdır.
Dövlət Dumasının sədr müavini, Vladimir Jirinovski: “Müstəqil Dövlətlər Birliyi ölkələrinin vətəndaşları Rusiyada rahat ticarətlə məşğul olmalı və işləməlidirlər. Heç kimin buna bir etirazı olmamalıdır. Biz Azərbaycanı sevirik. Azərbaycanlılar da Rusiyanı sevməlidirlər. İnternetde çıxan o video ise aramızı vurmaq istəyən ortaq düşmənlərimizin işidir. Görürsünüzmü səma da ümumidir”.
Qeyd edək ki, son vaxtlar isə Rusiyada miqrantlara qarşı münasibət sərtləşib. Rusiya Hüquq Mühafizə Orqanları ölkədə və xüsusilə paytaxt Moskvada hər beşinci cinayəti bu ölkəyə işləməyə gələnlər tərəfindən törədildiyini əsas gətirərək dövlət qurumları Rusiyaya işləməyə gələn miqrantlara qarşı hücuma keçib. Bəziləri qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün ölkəyə gələn miqrantlar üçün vizanın tətbiq etməsi təklifini də səsləndirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər