BolgeXeber.Com » BÖLGƏ TV » Dəhşətli kadrlar: həkim xəstəni döyüb öldürdü - VİDEO

Dəhşətli kadrlar: həkim xəstəni döyüb öldürdü - VİDEO

4-07-2013, 13:50
Oxunub: 5 710 Rusiya xəstəxanalarının birində intensiv terapiya bölməsindəki palatalardan birindəki olaydan sonra pasiyent keçinib.
Dövlət xəstəxanasındakı hadisəni palatadakı videomüşahidə kamerası çəkib.
Pasiyent ilə həkim-anestezioloq arasındakı mübahisənin səbəbi cərrahiyyə əməliyyatından yenicə çıxarılmış xəstənin həkimi təhqir etməsi olub.
Həkim-anesteziloq Andrey Votyakov da özünü saxlaya bilməyərək əvvəlcə xəstənin üzünə, sonra sinəsinə və qarnına yumruqla vurub.
Keçirdiyi stress və aldığı zərbələrdən pasiyent keçinib.
Perm vilayət polisi olayı araşdırmağa başlayıb.
Həkim Andrey Votyakov pasiyenti döyməsinin səbəbini açıqlayıb.
O deyib:
"Bir sutkalıq növbədən sonra ağır gün idi. Daha doğrusu, artıq 36 saat idi ki, işdəydim. Palataya girən kimi o pasiyent məni ən ağır sözlərlə, küçə sözləri ilə söyməyə başladı. Həmin an sanki beynim çevrildi. Axı bu pasiyenti ölümün əlindən almaq üçün saatlarla əməliyyat aparmışdıq, çalışmışdıq. O isə məni söyürdü. Üstəlik, xroniki yorğunluq məni pis vəziyyətə salmışdı. Həmkarlarımın yanında onu vurdum".
Onun sözlərinə görə, insidentdən sonra müalicəni davam etdirmək istəsələr də, pasiyent artıq ölmüşdü:
"Baş verənə görə üzgünəm. Ölənin ruhundan, onun qohumlarından üzr istəyirəm".