Hövsanda cin olması barədə xəbərlər yayıldı – VİDEO
6-07-2013, 08:30
Oxunub: 6 524
Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeyri-adi hadisə baş verib. Qəsəbənin Kolxoz küçəsində yaşayan Məmmədovlar ailəsi naməlum qüvvənin hücumuna məruz qalıblar. Belə ki, gözə görünməyən məxluq evin altını üstünə çevirir. Mənzildə olan bütün qabqacağı sındırır. Metal əşyaları əyir, şəkilləri cırır. Ev sahibinin sözlərinə görə, naməlum məxluq kosmetik əşyaları elə naməlum istiqamətə də aparır. Hətta bir neçə dəfə evin xanımının üstünə də hücum çəkib. Divarda olan xəncəri yerindən götürərək kiməsə vurmaq istəyir.
Ev sahibinin sözlərinə görə, bu gözə görünməyən qüvvə evdə olan qida məhsullarına əl vurmasa da stəkanda olan suyu içir. Artıq 15 günə yaxındır ki, mənzildə yaşamaq müşkülə çevrilib.
Hadisə baş verən gündən bu yana, həyətdə olan ev heyvanlarında da qeyri adilik hiss olunur. İt əvvəlkindən fərqli olaraq hürmür. Evdə paronormal hadisə baş verən zaman toyuqlar səs-küy salır. Gecə saatlarında isə, evin həyətyani sahəsində, naməlum məxluq mərsiyə məclisi qurur. Bunu gözlə görmək mümkün olmasa da səsini qonşular eşidir. Ev sahibi deyir ki, bu ev onların dədə baba mülkləridir.Bu vaxta qədər də heç vaxt qeyri adi hadisə baş verməyib. Evdə peydə olan naməlum məxluq qonşuları da unutmur.
Ev sahibi deyir ki, kəndin mollalarına da müraciət etmişəm.Onlar da bir köməklik göstərə bilmir. İndi çarəsiz ailə üzvləri sadəcə özlərini naməlum qüvvədən necə müdafiə edəcəkləri haqqında baş sındırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər