Mətanət İsgəndərlinin adı Elşad Abdullayevin daha bir videosunda - Video
9-07-2013, 14:30
Oxunub: 5 953
Mahir Abdullayevin Hüquqlarının müdafiə Komitəsi “Azadlıq.TV”-yə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə Mirsahib Məcidov arasında gedən danışığın 2-ci hissəsini təqdim edib. (Danışığın 1-ci hissəsi Azadlıq.TV-nin 03-07-2013 tarixli buraxılışında təqdim edilib. http://azadliqnews.tv/video/2955-mahir-abdullayevl-bal-yeni-video-.html )
Musavat.com bildirir ki, Mirsahib Məcidov M. Abdullayevin Novxanıda bağların birində saxlandığını iddia edir. E. Abdullayev təkidlə bağın yerini soruşsa da, Mirsahib Məcidov bağın yerini demir: “Bağ dənizin sahilində deyil. Hündür divarlarla əhatə olunub. Yəqin kiminsə adına sənədləşdirilib. İndi qaçqınların adına villalar sənədləşdirirlər”. Daha sonra Mirsahib Məcidov M. Abdullayevin oğurlanmasında dostu Qulu Cəfərovun əsas rol oynadığını bildirir: “Qulunun külli miqdarda borcu olub. 950 min. Pulu Mahirə ödəməmək üçün oğurlayıblar. Nağd pul olub, maşın olub, kafe olub”. Mirsahib Məcidov bildirir ki, Q. Cəfərovun arxasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Akif Covdarov durur. Mirsahib Məcidov qeyd edir ki, M. Abdullayev müğənni Mətanət İsgəndərlinin evindən aparılıb: “Mahir aparılanda huşsuz olub. Onu Mətanətin evindən aparıblar. Çağırıblar ora, bu da gedib. Mahir Mətanətə etibar edirdi. Ağlına da gəlməzdi ki, onu apararlar”.
Misahib Məcidov qeyd edir ki, M. Abdulayevin qaytarılması üçün bir necə dəfə Qulu Cəfərovla görüşüblər: “Bir dəfə görüşə Qobu qəsəbəsinə dəvət etdilər. Qobuya çatınca 2-ci döngədə gözləyiblər bizi. Natiqi ora göndərməyə qorxurdum düzü. Snayperi qoyarlar bir yerə vurardılar. Natiqin də 1 uşağı var, balaca. Ömürlük gözükölgəli olardım. Sonra şəhərdə görüşürük. Bir dəfə görüşdə şəkili Eldar da olub. Görüş yerini özləri təyin edirlər”.
Qeyd edək ki, təqdim edilən videolent çəkilən gün Natiq Babaşov M. Abdullayevin çəklişi olan videokasseti gətirmək üçün Xacmaz rayonuna gedib.
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi videolentləri Baş Prokurorluğa təqdim ediləcəyini bildirib. Sonda onu da qeyd edək ki, videolentlər komitəyə Elşad Abdullayev tərəfindən göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər