İcra başçısının müavini fəhləni döydü
18-07-2013, 14:35
Oxunub: 6 425
Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Həsən Həsənov rayonda tikilən Heydər Əliyev Mərkəzinin inşasındə çalışan fəhlələrdən birini döyüb. Bu məlumatı virtualaz.org-a Sabirabad rayonundakı mənbələrimiz verib.
Məlumatda bildirilir ki, Həsən Həsənov ondan maaşının ödənilməsini istəyən fəhləyə kobud şəkildə cavab verib. Məmurla fəhlənin arasında başlanan mübahisə qızışınca qəzəblənən H.Həsənov bundan sonra onu döyməyə başlayıb. Digər fəhlələrin gözü qarşısında baş verən hadisəyə heç kəs müdaxilə etməyib. Həsən Həsənov fəhləni döydükdən sonra onu pulunu vermədən işdən də qovub. Digər fəhlələri isə təhdid edərək deyib ki, “bu hadisədən kiminsə xəbəri olsa, siz də eyni aqibəti yaşayacaqsınız”.
Mənbəmiz iddia edir ki, bu, Həsən Həsənovun son zamanlarda göstərdiyi ilk “qəhrəmanlıq” deyil. Bir müddət əvvəl Həsən Həsənovla Sabirabad RİH başçısının müavini Heydər Yaqubovun qardaşı Füzuli Yaqubov arasında da rayonun mərkəzi küçələrinin birində əlbəyaxa dava olmuşdu. Sabirabad rayonunun mərkəzində özünə ticarət mərkəzi tikdirmək istəyən Füzuli Yaqubov H.Həsənovdan “yox” cavabı aldıqdan sonra Rusiya prezidenti Vladimir Putinə şikayət məktubu yazmışdı. Bu məktubdan xəbər tutan Prezident Administrasiyası isə Sabirabadın icra başçısı Nazim İsmayılova məsələ ilə bağlı tədbir görülməsi barədə göstəriş vermişdi. Bu barədə mətbuatda da yazılmışdı.
Bu məlumatla bağlı H.Həsənovun mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Onun da mövqeyini işıqlandırmağa hazırıq.
İlkin
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər