BolgeXeber.Com » BÖLGƏ TV » “Onunla 24 saat evli qaldım, amma yatmadıq” -FOTO- VİDEO

“Onunla 24 saat evli qaldım, amma yatmadıq” -FOTO- VİDEO

22-07-2013, 14:35
Oxunub: 10 989 Dünya gözəllərindən biri də türk qızlarıdır. Türk gözəlləri heç də slavyan və brazilya qızlarında geri qalmır. Bəli, bu həftə türk gözəlindən söhbət edəcəyik. Ekranların və podiumların sevilən modeli Özge Ulusoyun zərif vücudunun sirrini sizə açacağıq. Modelin boyu 178 sm, bədən ölüçüləri isə 90, 60, 90-dır.
Özge Ulusoy 1982-ci ildə Ankarada anadan olub. Əslən izmirli bir ailənin övladıdır. Anası Armağan Ulusoy Ankarada bir vaxtlar bələdiyyə rəhbəri vəzifəsində işləyib, Atası Haydar Ulusoy isə hərbiçi olub. Orta məktəbi bitirdikdən sonra Hacettepe Üniversiteti Ankara Dövlət Konservatoriyası Klassik Balet fakültəsində litseyi orada oxuyub. Universitetin 2 ilini burada oxuduqdan sonra İstubala gələrək Memar Sinan Güzel Sanatlar Üniversiteti Dövlət Konservatoriyasına keçir. Daha sonra Klassik Balet fakültəsinin məzunu olur. 2005-ci ildə Yeditepe Üniversiteti Güzel Sanatlar Fakültəsinin rejissor ixtasında daxil olur, 2007-ci ildə isə məzun olur.
Sadə idman üslubu və ağ rəng Özgeni olduğundan kiçik və şirin göstərir. Qaralmış dəri ilə cazibədarlığını ön plana çıxarıb.
Özge Ulusoy modelliyə 20 yaşında başlayır. Gec başlamasına baxmayaraq, razıdır çünki erkən yaşda qazandığı şöhrətin qədrini bilməyəcəyini və tez xərcləcəyini hesab edir. 2001-ci ildə “Elite Model Look”adlı gözəllik yarışmasına qatılır və 3-cü olur. 2003-cü ildə Türkiyə Gözəllik Kraliçası yarışmasında isə ikinci olur. Həmin il Panamada keçirilən Kainat Gözəllik yarışmasında Türkiyəni təmsil edir.
Podiuma Türkiyənin tanınmış modelyeri Cengiz Abazoğlunun yeni kolleksiyasının nümayişi zamanı çıxır. Özge Ulusoy Beymen, Vakko, İpekyol, Roman, Mavi Jeans, Mudo, Harvey Nichols və Mango kimi firmaların dəfilələrində çıxış edir. Özge Ulusoy təkcə modellik karyerası üzərində dayanmır. O, məşhur türk filmlərində və seriallarında da rol alır. 2006-cı ildə “Arka Sokaklar” adlı serialda polis rolunda çıxış edir. 2007-ci ildə “Senin Ugruna” serialında Rafet El Romanla birlikdə oynayır. 2011-ci ildə isə Türkiyədə böyük səs-küy yaradan “Kutsal Damacana: Dracoola”da başrolda oynayır. Bu modelin ilk sinema filmi idi.
Mavi rəng saflığı xatırladır... Bu rəngdə Özge model kimi deyil, mələk kimi görünür. Əlindəki üzüyü stilini tamamlayıb. Makiyaj və dodaq boyası çox uğurlu alınıb.
“Survivor Ünlüler-Gönüllüler “ adlı yarışmasında gözəlliyi və cəsarəti ilə uzun müddət müzakirə obyektinə çevrilir. Yarışmanı 5-ci tərk edir. Yarışmada məğlub olduqdan sonra “Bu gün ne giysem” adlı yarışmasının aparıcılığını edir. “Karyerama model kim başlamışam, qısası dəb aləminin içində olmuşam. Bu verilişin ən sevdiyi tərəfi dəbi insanlara sevdirməsdir. Dəb sadəcə, bahalı markalar, dəfilələr deyil, dəb əslində insanın zövqü ilə bağlı bir şeydir. Təklif gələndə sevinərək qəbul etmişdim. Arxa planda olmaq mənim xarakterimə daha yaxındır. Çünki insanları tənqid etməyi xoşlamıram, pərdə arxasında bəyənmədiyim bir şeyi demək üçün 40 dərədən su gətirməli oluram...”
2012-ci ildə Türkiyədə sevilərək izlənilən “Yok böyle dans” yarışmasının finalında birinciliyi əldə edir. Təbii ki, neçə il baletlə məşğul olması ona birinciliyi əldə etməyə kömək edib.
Özgenin həyatındakı kişilər...
“Yanındakı qadının gözəl, amma ağılsız olduğunu bilən və qadını ancaq yanında göstərmək üçün gəzdirən kişilərdən uzaq dururam. Qız sadəcə gözəl olduğu üçün illərlə eyni qadınla görüşən kişidə əksiklik var. Hətta bəzi kişilər ağıllı və savadlı qadın görəndə onunla maraqlanmaq istəmirlər. Ağıllı qadından qaçan kişi isı axmaqdır”.
Model "Arka Sokaklar" serialında tanış olduğu aktyor İlker İnanoğlu ilə eşq məcarası yaşayır. Lakin cütlük birdən-birə ayrılıq qərarı verir. Bu ayrılıq Özgeye baha başa gəlir... Ani ayrılıq qərarından sonra Özgə Ulusoy 2009-cu ildə produsser Ferruh Taşdemirlə bir günün içində evlənməyə qərar verir. Onlar elə həmin gün açıq havada toy mərasimi düzəldirlər. Özgenin valideynləri isə evliliyə razı olmur, daha doğrusu xəbərsiz olurlar. Xəbər tutanda isə anası toyda mübahisə edir və “təzə gəlini” özü ilə birlikdə aparır. Özge ilə Ferruhun evliliyi cəmi 24 saat çəkir. Səhəri gün isə boşanmaq üçün məhkəməyə müraciət edir. Bu hadisə türk mətbuatının inanılmaz olaylarından biri kimi hələ də danışılır.
Nağıllardakı su pəriləri heç bu qədər gözəl təsvir olunmur. Çimərlik akssesuarları bir-birinə tam uyğundur.
“Həyatımdakı insana özümdən çox dəyər verirəm. Bir müddətdən sonra qarşımdakı insanı özümdən daha çox düşünməyə başlayıram. Zamanla həmin insanın buna dəymədiyini anlayırsan. Sevginin bütün həyatını idarə etməsinə icazə verməməli və nəzarəti qorumalısan. Bu ağılsızlığı edədə sıxıntılı günlər keçirirdim, özümü yalnız hiss etdiyim vaxtlar idi. Heç nə başa düşmədən birdən özümü hadisənin içində gördüm. Anamla, atam məni dünyada hər kəsdən yaxşı tanıyan insanlardır, sağ olsunlar vaxtında gəlib xilas etdilər. Məni 24 saat evli qalan qız deyə tanıyırlar. Halbu ki, mən əxlaqsızlıq etməmişdim. Heç kəsin ərini əlindən almamışdım, kimdənsə hamilə qalmamışdım, o da, mən də subay insanlar idik və evlənməyə qərar vermişdik. Sadəcə tələsik və düşünmədən baş vermişdi. Bu hadisədən qətiyyən utanc hissi duymuram. 1 günlük ərim olsa da, onunla yatmamışdım. Həmin gecə anamgildə birlikdə qalmışdım. Səhv hərəkət etdiyimi dərk edirəm, sağ olsun ailəm vaxtında yetişib məni ağılsızlıqdan xilas etdi. Yaşadıqlarımı və səhvlərimi qəbul edən insanam. Əsas odur, onları bir daha təkrarlamayasan”.
Uzun libası saç düzümü ilə uyğunluq təşkil edir. Açıq qırmızı dodaq boyası modeli daha seksual göstərir. Əlindəki çanta yüksək zövqə malik olduğunun göstəricisidir.
Özge Ulusoy iş adamı Hacı Sabancı ilə də eşq məcarası yaşayır. 2 ilə yaxın davam edən eşq məcaraları evliliklə nəticələnə bilmir. Oğlanın ailəsinin etirazları sevgililəri ayırır. İş adamından ayrılqdıqdan sonra Özgeninin dərin eşq acısı çəkdiyi iddiaları mətbuatda tez-tez çıxırdı. Hacı Sabancıdan ayrıldıqdan sonra izmirli ailənin oğlu Ozan Çeliklə ilə sevgili olur. Lakin bu münasibətlər də çox çəkmir və tez bitir. Bundan sonra başqa bir iş adamı Hakan Başla görüşür. Özgü Ulusoyun görüşdüyü kişilər siyahısında Tarhan Tallının və Kenan
Doğlunun da adı hallanır.
“Varlı ailənin oğlanları ilə görüşsəm də, mənə heç vaxt bahalı hədiyyə almayıblar. Bəlkə də xətrimə dəyəcəklərini düşünükləri üçün bahalı hədiyyə etməyə çəkiniblər...”
Model sevgilisi Hacı Sabancıdan ayrıldıqdan sonra birdən-birə arıqlayır. Arıqlamağını media nümayəndələri depressiyada olması kimi qələmə verir. Lakin model bu söz-söhbətə son qoyur. “6 kilo itirdim, amma bunun eşq acısı ilə heç bir əlaqəsi yoxdur, nə də ki, xəstəyəm. Mütəxəssisimin yazdığı pəhrizə əməl edərək arıqlamışam. Arıq olmaq xəstəlik deyil, əksinə sağlamlıqdır. Təbii ki, arıqlamaq üçün ac qalmıram. Saat 7-dən sonra heç nə yeməməyə çalışıram. Gün ərzində ac qalmamaq üçün quru qaysı və badam yeyirəm.”
Modelin bədən ölçülərini nəzərə alsaq, dar və qısa geyimlər Özgenin tam stilidir deyə bilərik.
Türkiyənin ən gözəl qadınlarından biri Özge Ulusoy möhtəşəm bədən quruluşunu nəyə borcludur?
Son zamanların ən çox bəyənilən və sevilən üzü Özge Ulusoy gözəl bədən quruluşu ilə qadınları qısqandırır. Geyindiyi hər şey yaraşan model bədən quruluşunu qorumaq üçün əlindən gələni edir. Uzun boyu olmasına baxmayaraq, modelin çəkisi 50 kq-dır. Artıq kilolarla heç vaxt başı dərdə olmayan model çəkisinin artıdığını hiss etdiyi anda özbaına pəhriz saxlamır. İdmanın əhəmiyyətini xüsusi olaraq vurğulayan gözəl, rəqs etməkdən zövq alır. Mərciməkli yeməklərə vurğundur. Mərcimək asan həmz olunan və tox salayan qidadır. Gün ərzində mərcimək yeyərək tox qalmağı bacarır. Suyun qadın gözəlliyinin əsasını təşkil etdiyini düşünür. Gün ərzində 2,5 l su qəbul edir.
Bu yaxınlarda otuz yaşı tamam olan model qocalıq depressiyasına girməyib. “30 yaşımı çox sevdim. Özümü cazibədar hiss etdiyim yaşdayam. Yaşım artdıqca daha da gözəlləşdiyimi düşnürəm. Köhnə fotolarıma baxıram və müqayisə edirəm. İndi daha gözələm… Əslində mən çox xoşbəxt və şən olduğum üçün ətrafa enirji bəxş edirəm. İş həyatım, özəl həyatım hazırda çox gözəl gedir. Gözəl görünməyinin bir səbəbi də budur. Bir də mən çox baxımlı qadınam. Mənim saçım, dərim, vücudum musiqi aləti kimidir. Bir musiqiçi alətlərinə necə baxırsa, özümə elə qulluq edirəm, fast-foodlardan mümkün olduğu qədər qaçıram. Az makiyaj edirəm və hər axşam mütləq təmizləyirəm. Estetik müdaxilələrə qarşı deyiləm, əlimizdə belə bir fürsətin olması və qocalmanı gecikdirə bilmək gözəldir. Amma bunun da dərəcəsi var. Vaxtı çantanda mən də özümdə bəzi dəyişiklər edəcəm. Nə qədər erkən başlasanız, bir o qədər ehtiyac duyursunuz”.
Hər kəs kimi model də alış-veriş etməyi sevir. “Erkanlarda tez-tez göründüyüm üçün bir geyimi ancaq 2-3 dəfə geyinə bilirəm və tez-tez alış-veriş etmək məcburiyyətində qalıram. Gündəlik həyatda isə çox sadə və rahat şeylər geyinirəm. Çanta və ayaqqabılara daha çox pul xərcləyirəm. Fikrimcə, geyimi gözəl göstərən çanta və ayaqqabıdır. Marka xəstəsi deyiləm, amma bahalı geyimlərin ömrü daha uzun olur. Çox vaxt endirimləri gözləyirəm, çox bəyəndiyim bir şey olanda mütləq alıram. ”
Dəb dünyasının gözəli Özge Ulusoy həyatını dəyişdirən 3 kitab və 3 mahnının adlarını belə sıralayıb.
Kürşat Başar - Başucumda Müzik
Ahmet Ümit - Sultanı Öldürmek
Elif Şafak - Baba ve Piç
Mahnı
Damien Rice - Blower's Daughter
Camille Saint - Dying Swan
Frank Sinatra - My Way
"Güvən məsələsi artıq çox sıxıntı yaradır. Keçmişə dönüb baxdığım zaman eyni səhvləri təkrarladığımı görürəm. Müəyyən yaşdan sonra özün başa düşürsən. Hər gənc qız kimi mənimlə sevgili olmaq istəyən insanlar əvvəlcə yaxşı rəftar edirlər. Daha onlara inanmıram. Artıq həmin insanın keçmişinə baxmağa qərər vermişəm. Kimə necə davranır, ən son münasibəti nə qədər davam edib, niyə ayrılıblar və.s.Yaşadığım pis təcrübələr mənə dərs olub. İnsanları yanlış tanımışam. İndi isə adi restorana getdiyimiz zaman ofisantla belə necə rəftar etməsinə diqqət edirəm. Detallar insanın xarakteri haqqında çox şey söyləyir. Bir də eqonun çox təhlükəli bir şey olduğunu düşnürəm. Eqosu yüksək insanlardan uzaq dururam. Hər kəsin özünə güvən üçün qoya ehtiyacı var, amma onun dərəcəsini qaçırtmaq olmaz"