Dünya ərə verilən bu 11 yaşlı qızdan danışır -Video
23-07-2013, 14:55
Oxunub: 5 979
Səudiyyə Ərəbistanında yaşayan yəmənli Nada əl-Əhdal ailəsi tərəfindən zorla ərə verildiyi üçün evdən qaçmaq məcburiyyətində qalıb. Cəmi 11 yaşı olan Nada beşinci sinifdə oxuyur. Evlənməmək üçün o, çıxış yolunu təkbaşına Sana şəhərində yaşayan əmisinin yanına qaçmaqda görüb. Valideynləri isə polisə müraciət edərək, qızın əmisi tərəfindən zorla qaçırıldığını bildiriblər. Bunu görən Nada başına gələnləri kamera qarşısında anladaraq, İnternetə yerləşdirib. Həmin video qısa zaman ərzində böyük hay-küyə səbəb olub. Uzun sürən mübahisələrdən sonra Yəmənin Daxili İşlər Nazirliyinin nəzdindəki Ailə Qoruma Komitəsi məsələyə qarışıb və məhkəməyə müraciət edib. Məhkəmə 11 yaşlı qızcığazı əmisinin himayəsinə verib. Onun təhsili üçün lazım olan vəsaiti isə ailəsi ödəyəcək.
Qeyd edək ki, sözügedən videoda Nada aidiyyatı qurumlara müraciət edərək, onun kimi başı bəlada olan minlərlə qıza sahib çıxmağı xahiş edib: "Bizin nə günahımız var ki, belə cəzalandırılırıq?! Düzdür, mən bu çətinliyin öhdəsindən gələ bildim. Amma çarəsiz olanlar var. Həmin qızlar öldürülə, yaxud da intihar edə bilərlər. Biz uşaqlar buna layiq deyilik”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər