Prezidentdən Nabranda baş verən faciəyə - Reaksiya-VİDEO
24-07-2013, 15:05
Oxunub: 6 765
Bir neçə gün əvvəl Nabranda “Nabran Holiday Village” istirahət mərkəzinin hovuzunda faciə ilə üzləşən 2 yaşlı uşağın başına gələnlər bütün ölkədə rezonansa səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, İmran Cəfərzadənin faciəsi ölkədə böyük həssaslıqla qarşılanıb. Artıq dünəndən bütün sosial şəbəkələrdə və saytlarda bu hadisə ilə bağlı dərc olunan çoxlu reaksiyalar öz nəticəsini verib. Belə ki, İmrana ilk dəstək tanınmış azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovdan gəlib. O öz “Facebook” səhifəsində yazıb ki, İmrtanın bütün xərclərini ödəyib.
Bir qədər əvvəl isə 2 yaşlı uşağa daha böyük dəstəyin ölkə rəhbərliyi tərəfindən edildiyi məlum olub. İmranın bibisi Aygün Muradova “Facebook” hesabında ölkə başçısı və xanımından İmrana göstərilən diqqətdən yazıb: “Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya ailəmiz adından sonsuz təşəkkürlər! Özləri şəxsən İmranın valideynləri ilə əlaqə saxlayıb balamızın bütün xərclərini öhdələrinə götürdüklərini bildiriblər. Allahım, sən nələrə qadirsən! Şükür. Min şükür!!!”
Qeyd edək ki, yaxınlarının məlumatına görə, əməliyyat Almaniyada aparılmalıdır. Əməliyyat üçün 50 min avro, reabilitasiya üçün isə 20 -25 min avro lazımdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər