Kəlbəcərli əsirlərin sensasion görüntüləri- Şok video
29-07-2013, 10:00
Oxunub: 6 304
Erməni əsilli türk jurnalistinin işğal qeydləri
1993-cü ilin aprelində Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı orada qalan, sonradan ermənilər tərəfindən girov götürülən bəzi rayon sakinlərinin video görüntüləri yayılıb.
Moderator.az-ın xəbərinə görə, Kəlbəcərin işğalı zamanı erməni əsilli türk jurnalistlərindən biri rayonda olub və əsirlərlə söhbətləşmək imkanı olub. Bu video bir müddət yayımlanmasa da sonradan bəzi xarici mediada işıqlandırılıb.
Qeyd edək ki, videoda görünən ər arvad – Məmmədov Məmməd və Məmmədova Şuradır. Hər iki şəxs Kəlbəcər rayon Zar kəndinin sakinləridir. Onlar rayonun işğalı zamanı ermənilər tərəfindən əsir götürülüb. Əsirlər arasında Zar kəndindən olan Allahverdi adlı bir yaşlı kişi də görünür. Bundan başqa Həsənov İdris adlı daha bir nəfər də əsirlər arasındadır.
Onu da qeyd edək ki, bu çəkilişdə danışdırılan əsirlər məzlum, qorxaq insanlar kimi təqdim olunur ki, bu da çəkilişi aparanların erməni maraqlarına xidmət etdiyini açıq göstərir. Ermənilərə əsir düşən azərbaycanlı gənclərin, hərbçilərin heç zaman onlar qarşısında baş əymədiyi də bəllidir. Ermənilərin yaşlı insanların hislərindən istifadə edib, onları çarəsiz durumda olan şəxslər kimi təqdim etmələri isə əsl erməni xislətinin göstəricisidir. Bu videonun özündən də görünür ki, ciddi montajlar var...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər