Şəhərin mərkəzində avtomobil “ovu” davam edir-Video
1-08-2013, 13:20
Oxunub: 6 270
İkinci gündür ki, şəhərin mərkəzi küçələrinin yolun kənarında dayanan avtomobillərdən təmizlənməsi əməliyyatı davam edir. Polislər evakuatorların müşayiəti ilə avtomobilləri cərimə meydançalarına aparırlar. Bir sıra mərkəzi küçələr (Rəşid Behbudov, Bülbül prospekti və digərləri) tam təmizlənib. Orada keşik çəkən polis işçiləri avtomobillərin dayanmasına icazə vermirlər. Avtomobil sahibləri əsəbiləşir, qəzəblənir, polislə bir neçə insident qeydə alınıb. Eyni zamanda Yol Polisi İdarəsi hər hansı şərh və açıqlama vermir.
Xatırladaq ki, küçələrin təmizlənməsinə şəhərdə 4500 maşınlıq yeraltı keçidin açılmasından sonra başlanılıb. Lakin orada 1 sutka dayanmaq üçün 4 manatı (əvvəllər küçələrdə dayanacaq nəzarətçilərinə 50 qəpik ödənilirdi) çox az adam ödəyə bilər. Aylıq ödəniş 160 manata və ya avroya yaxındır. Orta əmək haqqı 300-400 manat olan şəxslər arasında bu məbləği ödəyə biləcək az adam olar. Belə yüksək qiymətlər dayanacaqların aid olduğu şəhər hakimiyyəti tərəfindən müəyyən edilib. Lakin şəhər meri Hacıbala Abutalıbov açıq şəkildə vəd edib ki, həmin dayanacaqlarda qiymətlər mövcud dayanacaqlardakından iki dəfə aşağı olacaq. Bu iki gün ərzində mərkəzə gəlmək üçün avtomobildən istifadə edənlərin sayının azalması nəzərə çarpır. Tezliklə “Azadlıq” meydanının altında ikinci dayanacaq açılmalıdır.
Bu iki dayanacaq mərkəzi küçələri tıxaclardan azad etməlidir, lakin bu o demək deyil ki, avtomobil sahibləri bu bahalı dayanacaqlardan istifadə edəcəklər.
Turan
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər