Coratda aksiya keçirilib –VİDEO
3-08-2013, 13:55
Oxunub: 5 605
Sakinlər evlərinin qarşısındakı ağacların kəsilməsindən şikayətlənirllər
Sumqayıt şəhər Corat qəsəbəsində yaşayan 30-a yaxın ailəni bir yerə toplayan səbəb hansısa bir obyekt sahibinin evlərinin qarşısındakı ağaclara qənim kəsilməsidir. Sakinlərin alın təri ilə əkib becərdikləri ağacların bir neçəsi kəsilib və onlara bildirilib ki burada 4 mərtəbəli yeni bir obyekt tikiləcək.
Ərazidə aparılan işlər zamanı qaz kəməri kanalizasiya xətlərinə də xeyli ziyan dəyib. Qaz borusunun zədələnməsi nəticəsində mavi yanacağın iyi ətrafı bürümüşdü. Hadisə yerinə qaz idarəsinin əməkdaşları da cəlb olunmuşdu.
Qaz idarəsinin əməkdaşları məsələdən xəbərdar olmadıqlarını və sakinlərin qazlarının kəsilməsi ilə bağlı onlara heç bir göstəriş verilmədiyini bildirdilər. Artıq ərazidə xətlərin yenidən bərpası istiqamətində işlərə də başlanmışdı. Polis əməkdaşları da hadisə yerində idi. Onlar da qaz idarəsinin əməkdaşları kimi məsələdən xəbərsiz olduqlarını dedilər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Tariyel Hacıyev də hadisə yerinə gəldi. O məsələdən xəbərsiz olduğunu bildirdi. Ərazinin yaxınlığında yerləşən obyektin sahibinə yeni 1 obyekt tikilməsi üçün icazə verilib. Amma sahibkar deyəsən ona verilən ərazidən daha çoxuna sahiblənmək iddiasina düşüb. Dövlət rəsmisi məsələnin araşdırılacağını bildirdi.
Sözügedən ərazidə qanunsuz obyekt tikintisi aşkarlandığı üçün bura texnika cəlb olundu və qazılmış yerlərin yenidən torpaqla örtülməsinə başlandı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər