Elşad Abdullayev yeni şok video yaydı-Video
6-08-2013, 10:05
Oxunub: 6 286
"Rasim İldırımzadə ilə sabiq rektorun arasındakı söhbətin təfərrüatları“Bir həftə Bakıda oldu, həyət evində idi, bayıra da gizli çıxarırdılar”
Hazırda Fransada olan, ABU-nun sabiq rektoru Elşad Abdullayev yeni video yayıb. Budəfəki videonun qəhrəmanı yenə də Rasim İldırımzadədir. Xatırladaq ki, E.Abdullayev daha öncə də R.İldırımzadə ilə bağlı 31 dəqiqəlik gizli videoçəkilişi yayımlamışdı. E.Abdullayevin yolladığı son 19 dəqiqəlik videoda sabiq rektorla R.İldırımzadə arasında gedən söhbətdən aydın olur ki, sonuncu Mahir Abdullayevin qaytarılması üçün danışıqlarda iştirak edir, vasitəçilərdən E.Abdullayevə müəyyən xəbərlər çatdırır.
R.İldırımzadə öncə bildirir ki, hətta Hollandiya ilə də danışıqlar aparıb. Ordakı adamlara (onların kim olduğu açıqlanmır-S.T.) da “bu dəfə də ”padvadit" eləsəniz, gərək mən respublikadan çıxım" deyib. Bu iki şəxs arasındakı dialoqlarda bu oğurlanma olayının detalları üzə çıxır:
E.A: Ay Rasim, bunlar niyə belə edirlər?
R.İldırımzadə: Yüz faiz bunların məlumatları var. Onlar məlumatlı adamlardır ki, hardadır. Deyirlər, Ziya Bünyadovun qətli də Hacı ilə bağlıdır. Hər şey uyğun gəlir.
Bu arada R.İldırımzadə də E.Abdullayevdən kiminsə ABU-ya daxil olması üçün xahiş edir. E.Abdullayev bunun mümkünsüz olduğunu dedikcə R.İldırımzadə israr edir. Sabiq rektor qəbul məsələsinə nəzarətin artıq Məleykə Abbaszadəyə verildiyini dedikcə, R.İldırımzadə bu məsələni Misir Mərdanov vasitəsilə həll etməyi təklif edir. Bildirir ki, onların normal münasibətləri var və M.Mərdanov onların dediyini edər. E.Abdullayev isə bunun mümkünsüz olduğunu dedikdən sonra mövzu yenidən M.Abdullayevə qayıdır. R.İldırımzadə aylardır Mahirin məsələsi ilə məşğul olduğunu bildirir. Onların söhbətindən məlum olur ki, Mahirin qaytarılması üçün aparılan danışıqlar 4 aydır ki, davam edir. R.İldırımzadə bildirir ki, son bir ayda bu cür qarışıqlıq olmasaydı, Mahirin məsələsi çoxdan həll edilmişdi: “Orda 4-5 nəfərin adı keçir. Biri oğurluqda, o biri məlumatlıdır. Hamı istəyir ki, iş təmiz olsun, zibil olmasın”.
E.Abdullayev: Sən canın, sağ-salamatdır?
R.İldırımzadə: Balamın canı üçün sağ-salamatdır. Mən necə sağ-salamatam, o da elə. Yatıb-durur, istirahətini edir. Bu işıq haqqı. Sadəcə, bunu qəfil çıxarmaq lazımdır üzə. Elə hesab elə ki, sumkanın içindədir, üzə çıxarmaq lazımdır. Burda ölüm-itim yoxdur. İndi hadisələri qabaqlayıb, tez gətirmək lazımdır.
E.Abdullayev: Sən canın, harda saxlanılır?
R.İldırımzadə: Azərbaycandadır. Ola bilər ki, arada Dağıstana-zada gedib çıxsın, amma qayıdır bura. Uzaqda deyil. Arada Bakıda da olur.
E.Abdullayev: Hökumət evindədir?
R.İldırımzadə: Dedilər, həyət evindədir. Bir ara Bakıda idi. Elə ki, gecə Bakıda idi, səhər götürdülər.
E.Abdullayev: O nə deməkdir ki?
R.İldırımzadə: Duyuq düşdülər də...
R.İldirimzadə daha sonra təxminlərini də bildirir. Deyir ki, çox güman M.Abdullayevi saxlayanlar onu azad etmək üçün bəlli bir vaxtı gözləyirlər. E.Abdullayev qardaşının saxlanması, üzə çıxarılmamasının səbəbini öyrənmək istəyəndə isə ona bildirildi ki, bu barədə onun özünə məlumat veriləcək.
E.Abdullayev: Qaldığı yerdən çıxa bilir?
R.İldırımzadə: Guya ki, çıxanda da gizli formada çıxır. Bir az çıxır, sonra qayıdır, gəlir. Sağ-salamatdır. Yeməyini yeyir, istirahətini edir. O qədər üstündə əsirlər ki, ortaya çıxmasın.
R.İldırımzadə bildirir ki, M.Abdullayev bir həftə boyunca Bakıda olub və vasitəçilər onun yerini dəqiqləşdirən kimi onu saxlayanlar duyuq düşərək yeri dəyişdiriblər. “Həmin vaxt hər şey ”vot-vot" idi" deyən R.İldırımzadə söhbətin bütün hissələrində E.Abdullayevə qardaşının durumu ilə bağlı ümidverici sözlər deyir: “Zəng etməyə qoymurlar ki, kimsə xəbər tutar. Elşad, qardaşının başından bir tük də əskik deyil”.
R.İldırımzadə bildirir ki, tələsməklə arada ölüm-itim yaratmaq olar. Onun dediyinə görə, işi bir neçə gün ləngitmək, amma Mahirin sağ-salamat gəlməsini təmin etmək lazımdır: “Yeri dəqiq bilinəcək, əməliyyat qurulacaq, tökülüşüb götürəcəklər. Əsas odu, o vaxta qədər sağ-salamatçılıq olsun”.
E.Abdullayev: Rasim, belə çıxır ki, bu, hökumətin nəzarətindədir də, hə?
R.İldırımzadə: Hə də. Mən sənə demişdim, hansı qrupun nəzarətindədir. Onların tapşırığı altındadır. Amma sən indi get onlarla söhbət elə, nala-mıxa vuracaqlar. (Söhbətin kimdən getdiyi aydınlaşmır. Məlum olur ki, daha öncə bu barədə söhbətləri olub-müəllif)
Söhbət zamanı aydınlaşır ki, cəmi 4 gün sonra M.Abdullayev ailəsinə təhvil verilməlidir. “Mən onların xəttiyəm, səni əmin edirəm ki, sağ-salamatçılıqdır” deyən vasitəçi E.Abdullayevin israrlarına rəğmən M.Abdullayevin oğurlanma səbəbini açıqlamır. Bundan xəbəri olmadığını deyən R.İldırımzadə 4-5-ci dərəcəli insanlarla ünsiyyət qurduğunu deyir: “Birincisi ilə ünsiyyətim olsa, gedib boğazından yapışardım ki, bu adam mənim qardaşımdır. Qardaşımın qardaşını niyə oğurlamısız?”
Bu mövzuda gedən söhbət 18-ci dəqiqənin sonunda yekunlaşır. R.İldırımzadə sona yaxın yenə həmin qəbul məsələsi ilə bağlı israr edir. E.Abdullayev isə bunun mümkünsüz olduğunu təkrarlayır.
Sevinc TELMANQIZI
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər