Elşad Abdullayevdən daha bir sensasion-video
17-08-2013, 09:40
Oxunub: 6 163
"Mahiri oğurlayanlar hökümətlə kriminalın arasındadır"
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev daha bir gizli videoçəkiliş yayıb. Bu görüntülər 15 fevral 2004-cü ildə qeydə alınıb və iki hissədən ibarətdir. Burada E.Abdullayevlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aeroport Polis rəisi, polkovnik Rasim Əli oğlu İldrımzadə arasındakı danışıqlar öz əksini tapıb.
E.Abdullayev videogörüntülərlə yanaşı, onun şərhini də „Yeni Müsavat“a yollayıb. Sabiq rektor görüntülərdə R.İldırımzadə ilə aralarında olan söhbətin detallarını müraciətinə əlavə edib. E.Abdullayevin yazdığına görə, polis zabiti R.İldırımzadə MTN zabiti Mahir Abdullayevin oğurlanmasının arxasında prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun dayandığını bildirib.
E. Abdullayev: Rasim, hamınız bir mərkəzdən idarə olunursunuz, sən də qanlı banda başcısı Hacı Məmmədov kimi danışırsan.
R.İldrımzadə: Mahirin işi Hacı Məmmədovluq deyildir. Düzdür, Hacı Məmmədovdan çox problem çıxımışdı, bu iş isə Hacılıq deyildir.
E.Abdullayev: Mahirin oğurlanması işinin arxasında kim dayanıbdır?
R.İldırımzadə: Mahirin oğurluq işinin arxasında arxasında Bəylər Əyyubov dayanır. Bunu heç yanda danışmaq olmaz, bizi məhv edərlər.
E.Abdullayev: DİN-in l müavini general Zahid Dünyamalıyev, Arzu Kazımov həmişə deyirdi ki, ağzını açma, heç kimə bir kəlmə də danışma, danışsan səni də BDU-in tarix kafedrasının müdiri professor Aslan Atakişiyevin qudası Nazim İbrahimov (Bakı Şərabçılıq zavodunun direktoru) kimi cəzalandırarlar. Gördün, başına müsibətlər açdılar,hər şeyini itirərsən, hər şeyini əlindən aldılar, mafiya şahid sevmir. Nazim İbrahimovun əvvəl yeznəsinin maşınını oğurladılar, sonra da özünü oğurladılar. Nazim İbrahimov gedib Hacı Məmmədovdan şikayət etdiyi üçün hər şeyini əlindən aldılar, başına müsübətlər açdılar, vəzifəsindən atdılar, adam hər şeyini itirdi. (Bu stenoqram E.Abdullayevin yolladığı müraciətdə öz əksini tapıb-S.T)
E.Abdullayev qeyd edib ki, bir zərərçəkmiş kimi onun da təcrübəsində belə hallar var. Onun sözlərinə görə, şikayət etdiyi üçün min cür problemlə üzləşib: “Azərbaycan Beynəlxalq Universitetini bağladılar, digər qardaşımı-Eldəniz Abdullayevi zəhərlədilər, özümə günün günorta çağı qara maskalılar silahlı basqın etdilər, dövlət terrroruna məruz qaldım. İnşaat-2002 Şirkətinin direktoru Hacı Zakirin dediyinə görə, 2007-ci il tarixində həmin dəstə-Arzu Kazımov Sumqayit Vergi İdarəsinin rəisi Sədrəddinin oğlunu oğurladılar. Qısa müddətdə BŞPİ-in rəisi Məhərrəm Əliyevin rəhbərliyiilə polkovnik Cavadağa Sultanov Sumqayıt Vergi İdarəsi Sədrəddinin oğlunu Şamaxının Cobanlı kəndindən tapdılar, sağ-salamat zərərçəkmişin ailəsinə qaytardılar, ictimai rəyi çaşdırmaq məqsədiilə mütəşəkkil cinyətkar təşkilatın yalnız icracılarının bir qismi məhkəmə məsuliyyətinə cəlb olundular. Nəticədə isə zərərcəkimişi – Sumqayıt Vergi İdarəsinin rəisi Sədrədini cəzalandırdılar, Sumqayıt Verği İdarəsinin rəisi isə məcburi qaydada vəzifəsindən çıxartdılar, istefa verdi, bütün əmlakını qanunsuz olaraq əlindən aldılar. 5 milyonluq Novxanı villasında qaçqın statusunda hazırda KQB-in İstintaq İdarəsinin rəisi Şixəliyev Movlanverdi yaşayır. Hazırda da keçmiş Sumqayıt Vergi İdarəsinin rəisi Sədrəddin oğlunu oğurlayan bandanı tanımasına baxmayaraq qorxudan ağzını açıb bir kəlmə belə danışa bilmir. Rəhmətlik Hazı Zakir mənə bildirdi ki, Arzu Kazımov məni ona görə cəzalandırdı ki, guya Sədrəddinin oğlunun yerini mən məlumat vermişəm, yalandan şayiə yayırdı ki, Sədrəddinin oğlunu və mənim qızımı Elşad müəllim oğurlayıbdır. O, həm də Arzu Kazımov tərəfindən alınan pulların şahidi idi. Zərərcəkmiş Hacı Zakir Arzu Kazımovun adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın təzyiqlərinə tab gətirməyib stresdən dünyasını dəyişdi“.
E.Abdullayev müraciətində R.İldırımzadə ilə aralarındakı söhbətin təfərrüatlarına da toxunub.
***
R.İldırımzadə: Mahir özü gedib, vaxtı çatanda gələcəkdir. Mən deyən kanaldan çıxsan Mahiri qaytarmaq mümkün olmayacaq. Kim yanına gəlsə inanma, qov getsin. Bu kanaldan çıxsan alınmayacaq. Sənin qardaşın sağ-salamatdır, elə bil Mahir evindədir, mən sözümün üstündəyəm, söz vermişəm, yerinə yetirəcəyəm, sənin qardaşını tapıb verəcəyəm.
Sabiq rektor yazıb ki, R.İldırımzadə Hacı Məmmədova Respublika Prokurorluğunun himayədarlıq etdiyini bildirib: “O deyir ki, „bilirsən, qətlə yetirilmiş kriminalist-prokuror Rövşən Əliyev ilə Hacı Məmmədov çox yaxın olubdur. Rövşən həmişə ailəsi ilə birlikdə qanlı banda başçısı Hacı Məmmədovun Qarabulaq İstirahət Mərkəzində dincəlibdir. Hacı Məmmədovu Prokurorluq himayə edir. Pespublikanın Baş Prokuroru Zakir Qaralov 3 nəfərin içində (DİN,MTN,Ali Məhkəmə) deyib ki, Hacı Məmmədov bizim ailənin ən əziz üzvüdür. Bundan sonra uzun müddət heç kim Hacıya yaxın düşə bilməyibdir. Mahiri KQB aparıb, MTN-in müavini Hilal Əsədov dolanbac yollar ilə bu işlərin içərisindədir. Adam oğurluğu ilə məşğul olan çeçenlər Hacıdan istfadə ediblər, çeçenləri tutmuşdular, Hilal Əsədov elə düzüb-qoşdu ki, çeçenlər cinayətdən quru çıxdılar“.
***
E.Abdullayev həmçinin qeyd edir ki, R.İldırımzadə ona M.Abdullayev prezidentin əmisi oğlu İlqar Əliyevin sifarişi ilə oğurlandığını bildirib.
E.Abdullayev: Bəs Mahirin oğurlanması sifarişini kim veribdir?
R.Ildırımzadə: Mahiri oğurlayanlar hökumət ilə kriminalın arasındadır. Mahirin oğurlanmasını sifariş verən adamların fotosu budur. Mahirin sifarişini İlqar Aqil oğlu Əliyev edibdir, o, hökumətə imkan vermir ki, Mahiri buraxsınlar, pul gözləyir, sakitcə oturub kefini çəkir. İşi də açmağa qoymur, ən yaxın adamları ilə danışmışıq, bizə söz veriblər ki, “narahat olma qardaşın sağ-salamatdır”. O, dəmir qapılar arxasındadır, Mahir artıq bizdədir, Mahir məndədir, məndən alarsan, elə bil evindədir, heç bir problemi yoxdur, bircə sərbəst Sizinlə danışa bilmir.
***
E.Abdullayevin yazdığına görə, R.İldırımzadə Mahirin geri qaytarılması ücün əvvəlcədən ondan 1 milyon ABŞ dolları istəyib: “Belə razılığa gəlirik ki, Mahiri Rasim gətirsin bagına, pulumu verib Rasimdən Mahiri alacağam. Onlar ilə Rasim əlaqə saxlasın, Rasim pula qarant dursun, paqonlu əcinnələr pulu Rasimdən alsınlar, məni yox Rasimi tanısınlar. Bu şərtlər daxilində Rasim İldrımzadə ilə razılaşdıq. Lakin, o, israr edirdi ki, pulu əvvəlcədən verməlisən. Mən ona bildirdim ki , “məni Zahid Dünyamalıyev və Arzu Kazımov aldadıbdır, mən onlara Ramil Usubova görə etibar etmişəm, ona da Aqil Əliyevə görə etibar etmişəm. Onlar məni Ramil Usubovun adı ilə aldadıblar. Ona görə də Mahiri gətir bağına, mən də pulu sənə verib, işə son qoyacağıq”.
Sabiq rektor sonda yazıb ki, bütün bu danışıqlar və videogörüntü hər şeyi sübut edir: “Rasim İldrımzadə sıradan bir adam deyildir, onun dediklərini bir həqiqət kimi qəbul edirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər