İsa Qəmbər jurnalistlə dava etdi – video
21-08-2013, 14:20
Oxunub: 6 470
Milli Şuranın 19 avqust sessiyasından sonra qurumun liderləri - Müsavat başqanı İsa Qəmbər və “El” hərkatının sədri Eldar Namazov jurnalistlər üçün brifinq keçiriblər.
Modern.az-ın xəbərinə görə, həmin brifinqdə “Bizim yol” qəzetinin tanınmış müxbiri Natiq Cavadlı ilə İsa Qəmbər arasında mübahisə yaşanıb.
İsa Qəmbər ona sual verən jurnalisti qeyri-etik davranmaqda ittiham edərək, “dünyanın heç yerində belə jurnalistika yoxdu" deyib.
Bu mübahisənin yer aldığı video sosial şəbəkələrdə yerləşdirildikdən sonra ciddi müzakirə olunur. Milli Şuranın çoxsaylı tərəfdarları jurnalist Natiq Cavadlını ittiham etməyə başlayıblar. Bəziləri hətta irəli gedərək N.Cavadlının ünvanına təhqiramiz ifadələr işlədib.
Müsavatçı gənclər isə Facebook-dakı müzakirələrdə "jurnalist brifinqdən çıxandan sonra biz onun dərsini verdik" deyə qeyd ediblər.
Jurnalistdən olayla bağlı açıqlama almaq istəyib. N.Cavadlı ona yönəlmiş ittihamlara hələ cavab verməyərək, “hələ ki susuram, gözləyirəm...” deməklə kifayətlənib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər