lham Əliyev 158 nömrəli məktəbin açılışında iştirak etdi
16-09-2013, 13:55
Oxunub: 5 465
Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Sentyabrın 16-da - Bilik günündə Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısı məktəbin təmirdən əvvəlki görüntülərini əks etdirən stendə baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, 158 nömrəli tam orta məktəb 1961-ci ildə inşa olunub. 1850 şagird yerlik məktəb üç tədris korpusundan və bir yardımçı binadan ibarətdir. Əsaslı təmir və yenidənqurma işləri bu ilin mayında başlanmış və qısa müddətdə məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilmiş, yüksək standartlara uyğun şərait yaradılıb. Bu təhsil müəssisəsinin işıqlandırma və istilik sistemi də yenidən qurulub. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşdü, yeni dərs ili münasibətilə onları təbrik edib.
Məktəbin direktoru Zemfira Səmədova ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər