Azərbaycanda kreditlərlə bağlı QAYDALAR DƏYİŞDİ
11-08-2022, 17:13
Oxunub: 31 920
2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilib.
Bolgexeber.com xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən təsdiq edilən dəyişikliyə görə, 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və ya dolayı hərraclar vasitəsilə ilə veriləcək. İndiyədək isə hərraclar vasitəsilə 30 günlük, 360 günədək və 360 gündən artıq müddətə kredit götürmək mümkün idi.
Dəyişiklə həmçinin hərracla verilən kreditlərlə bağlı texniki tələblər sərtləşdirilib, yəni indiyədək bank hərracla qazandığı krediti 5 günə rəsmiləşdirməli idisə, indi bu müddət 3 günə endirilib. Əks halda kredit verilməsindən imtina olunur. Yeni qaydalara görə, kredit hərraclarında AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmayan, eləcə də Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmayan banklar iştirak edə bilər.
Yeni qərara görə, 360 günlük kreditlər hərracdan kənar veriləcək. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.
AMB-dən kredit almaq istəyən banklar əvvəlki kimi daşınmaz əmlak və qızıl külçələri deyil, yalnız daşınmaz əmlak girov saxlaya bilər. Yeni qaydaya əsasən qızıl külçə formasında bank metalı aktivi ilə sonuncu instansiyada təmin edilmə qaydası da ləğv edilir.(Unikal)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə